Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (25.1)

İyirmi beşinci dərs

İnsan tacirləri

 

Keçən dərslərdə öyrəndik ki, İnsanın bir çox sərmayələri vardır. Belə ki, İnsanın daxilində ağıl, fikir, can, ömür və daxili hidayət kimi böyük potensialları var.

 

Quran buyurur: Bu sərmayələrin alıcısı Allahdır. Bu müamilənin taciri Allahdır. (Bəqərə,111).

 

Səff surəsində belə bəyan edilir ki, insanın birinci taciri olan istəkləri ağlı, qəlbi, ruhu, ömrü, canını alır. (Səff,11).

Əgər insan özünü, öz istəklərinə satarsa, ömrü bitdiyi zaman, əliboş qalar və əlində dəyərli heç nəyi qalmaz.

 

İkinci tacir isə şeytandır ki, insanın bu sərmayələrini ondan almağa çalışır.

 

Mütəal Allah əraf surəsində buyurur:

Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən”.(Əraf,17).

Yəni Şeytan dörd tərəfdən insanların sərmayələrini almağa çalışır.

İnsan bəzi vaxtlar savab işləri Allaha xatir yerinə yetirmir.

Şeytan çalışır ki, insana aid olan mənəvi gözəllikləri ondan alsın və insanın niyyətini dəyişdrsin.

Ona görə də insan çalışmalıdır ki, öz mənəvi gözəlliklərini minnət qoymaqla aradan aparmasın. İnsan bilməlidir ki, savab iş görəndə, Allah ona həmin işin qarşısında on qat savab yazır.

 

Bəzən insan yaxşı bir iş görür, amma həmin savab işdən sonra elə bir addım atır ki, həmin işin savabını aradan aparıb, yox edir.

Əraf surəsində şeytanın sol və sağ tərəfdən insana hücum etməsi barədə söz gedir.

Sağ tərəf deyildikdə savab işlər, sol tərəf deyildikdə isə, günah işlər nəzərdə tutulur.

Yəni Şeytan insana sağ tərəfdən hücum edən zaman onun savab işlərinin savabını məhv etməyə çalışır, sol tərəfdən hücum edəndə isə, onu günaha aludə etməyə çalışır.

Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən”.(Əraf,17).

 

ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ

 

Quran ayələrinə diqqət etsək, görərik ki, Allah insanın sərmayələri haqqında ümumi olaraq aşağıdakıları buyurur:

 

- İnsan özünü nəfsani həvəslərinə satmamalıdır. Çünki əgər belə olsa, əli boş qalar.

 

- İnsan özünü Şeytana satmamalıdır. Əgər insan özünü Şeytana satarsa, sağlam qəlbi verir və onun yerini kin-küdurətlə dolu olan qəlb tutar, pak fitrəti məhv olub, yerinə xəbis ruh gələr və insanın ömrü cinayətlə dolar.

 

- İnsan ətrafdakıların sözünü alıb-satmamalıdır. Əgər insan başqalarının sözü ilə yaşasa, həyatını məhv etmiş olar.

 

Allah quranda buyurur ki, insan Qiyamət günündə barmağının yerinə əlini dişləyəcək. (Furqan, 27).

Bu cümlənin mənası  budur ki, insan həmin gün təəssüf edib, həsrət çəkəcək. İnsan dünya işləri üçün həsrət çəkəndə, öz barmağını dişləyir, amma Qiyamət günündə, təəssüf və həsrətin şiddətindən hər iki əlini dişləyəcək. Bunun səbəbi isə qiyamət günündə xəsarət və zəlalət daha çox olmasıdır.

 

İnsan qiyamət günü deyəcək ki, Ey kaş, filankəsi özümə dost tutmayaydım, (Furqan,28), Ey kaş onunla danışmayaydım, ey kaş başqalarına qarşı bədbin olmayaydım.

Əgər insan müstəqil düşüncəyə sahib olmasa və hər kəsin dediyini təsdiqləsə, başqalarının düşündüyü hər bir şeyi qəbul edər.  Nəticə etibarı ilə də, başqalarının sözü ilə öz ömrünü yanlış ticarətdə bitirmiş olar.

 

İnsanın Allah ilə arasında olan başqa bir ticarət isə, onun malı və canıdır. Belə bir ticarətin qarşılığı və nəticəsi də cənnətdir.

 

Bəzən insanın zehnində belə bir sual yarana bilər ki, “Can və malı Allaha satmaq” hansı anlam daşıyır?

 

Namaz, oruc, sədəqə və bu kimi xeyirli işlər Allah ilə ticarət sayılır və bu alış-veriş insanın öz xeyrinədir. Çünki Allahın bu işlərə ehtiyacı yoxdur.  Eləcə də insan ibadət edəndə, onun təqvası daha da yüksəlir.

 

İnsan Allah ilə alqı-satqı edəndə, Allahın insana verdiyi müzd, cənnətdir.

 

Bu məcazi alış-verişdir və bu ticarətdə, əslində insanın özü xeyir götürür və özünü kamilləşdirir. Mal, can, ömür və digər nemətləri insana Allah bəxş edib.

Yəni bu ticarətdə Allah yox, bəlkə insan mənfəət götürüb, daha da kamilləşir. Bu, gözəl ticarət qarşılığında Allahın insana verdiyi dəyər və hörmətdir. İnsan Allah ilə müamilə edəndə, xeyir götürür və xəsarətdən uzaqlaşır.

Allah-taala bu barədə buyurur: And olsun axşam çağına! Həqiqətən, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa. (Əsr,1-3).

 

وَالْعَصْر إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

 

 

 

İyirmi beşinci dərsin xülasəsi

 

İnsanın tacirləri

 

Dünya insan sərmayələrinin bazarıdır və bu dünyada sərmayələr üçün tacirlər var.

 

İnsan tacirləri

 

A) İnsanın istəkləri

 

B) Şeytan və onun azdırması

 

Şeytan Əraf surəsinin 17-ci ayəsinə əsasən dörd tərəfdən insana tərəf gəlir.

 

İnsanın sərmayələrinin üçüncü taciri, başqa insanlar və onların sözləridir. Bəziləri başqalarının razılığını qazanmaq üçün, öz ömürlərini zay edirlər.

 

Tövbə surəsinin 110-cu ayəsi və bu kimi digər ayələrə əsasən, insanların sərmayələrinin ən yaxşı alıcısı Allahdır. Əgər Allah insanın ömür və sərmayəsinin alıcısı olsa, insan öz ömrünü Allahın yolunda xərcləyər və nəticədə insanın özü xeyir qazanmış olar.

 

OXŞAR VIDEOLAR