Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (28.1)

İyirmi səkkizinci dərs

 

 

Allahı unutmaq

 

İnsanşünaslıq dərsinə aid olan mövzulardan biri də, insanın özünü unutması mövzusudur. Əgər insan özünün varlığından qafil olmaq istəmirsə, gərək özünü tanısın.

 

İnsan Allahı unutmaqla, onun gözəl adlarını, ona aid olan paklıqlar və onun sifətlərindən qafil qalır. Nəticədə insan özünü ehtiyacsız və müstəqil hiss edir, zahiri səbəblərə üz tutur və Allahla öz fərdi (fəqr) əlaqəsini unudur.

 

İnsan Allahı unutmaqla, maddi ləzzətlər və heyvani şəhvətlərə batır və nəticədə maddiyyata tənəzzül edir. Bu işin sonu isə, insana yaranışının hədəfini və öz varlığını unutdurmaqla nəticələnir.

Çünki maddi nemətlərə qərq olan insan, yaranışının əsl hədəfini unudur.

 

Allah bu barədə həşr surəsində buyurur: Allahı unudan və buna görə də Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir. (Həşr,19).

 

Yəni Allahı unutmaq, insanın özü özünü unutması ilə cəzalandırılar.

Əgər insan öz həyatında Allahı unudarsa, onun qarşısına unutqanlıq çıxar, heyvani yaşayış və dünya ləzzəti onu özünə məşğul edər, əsl məqsədi unudub, özünü müstəqil və ehtiyacsız hiss edər.

Allah-taala Fatir surəsində buyurur:  Ey insanlar! Allaha möhtac olan sizsiniz. Allah isə heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir. (Fatir, 15).

يَا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ ۖ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

 

Əgər maddiyyata qərq olsaq, Allahdan uzaqlaşarıq və nəticədə özümüzü unudarıq. Ən böyük qəflət – özümüzü unutmaqdır (fasiqun). İnsan özünü unutduqdan sonra, artıq onun üçün günah etmək də çox rahat olar.

 

Mütəal Allah insanın özü-özünü unutmaması barədə belə buyurur: Ey iman gətirənlər! Öz qeydinizə qalın!)Maidə, 105).

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ

 

Və ya başqa bir ayədə belə buyurur: Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız dedilər.(Ənbiya, 64).

فَرَجَعُوا إِلَىٰ أَنْفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنْتُمُ الظَّالِمُونَ

 

Bəzən insan öz daxilində özü üçün xəyal qurur, amma həmin xəyal insanın həqiqi dəyəri deyil. Misal üçün insanın hər hansı bir yerdə bir vəzifəsi, məscid insanları arasında hörməti var və ya müəyyən maddi imkana malik olduğu üçün, ona hörmət edirlər. Həmin şəxs bütün bunları nəzərə alaraq, elə düşünür ki, bunlar insanın həqiqəti və əsl dəyəridir.

Ona görə də, insan bütün bu “Özlər”-dən çıxmalı və həqiqi özünə qayıtmalıdır.

 

İnsan özünü itirəndə, onun həqiqətə uyğun olan heç bir hissi olmur və onun üçün bu hal normal olaraq qalır.

 

Əgər insan öz istedadları ilə xəlifətullah və kəramət  sahibi olmaq üçün düzgün addım atmayıb, özünü unudarsa, eləcə də abır və imanını əldən versə, bu onda heç bir neqativ hiss yaratmaz.

Amma əksinə, əgər pul, ev və məqamı əldən versə, narahat olar. Çünki həm Allahı unudub, həmdə ki, həmin maddi imkanları özününkü bilir. Bunlar baş verdikdən sonra isə, insan öz varlığının həqiqətini (mələkut tərəfini) unudub, imanı özündən hesab yad hesab edər.

Bəzən insan yaxşı işi pis, pisi isə yaxşı təsəvvür edir.

Hücum var, amma müdafiə yoxdur. Yəni beyin həqiqətləri əksinə göstərir. Misal üçün əgər insana pulu az versələr, buna dərhal reaksiya göstərir.

 

İmam Əli (ə) buyurur: Özünüzü unutmayın və özünüzə qayıdın. Həmişə özünüzə nəzarət edin (diqqət), göz həmişə xaricə baxmasın, daxili də görsün ki, səadətə çatsın. İnsan özünü unudanda varlıq qarətçilərinin talanından heç bir hissi olmur. Buna görə də hücumçu düşmənə tərəf heç bir qiyam baş vermir, insanın bütün idrak və təhriki əsarətə düşür.

İyirmi səkkizinci dərsin xülasəsi

Allahı unutmaq

 

1 – Allahı unutmaq, Allahın gözəl adları və onun sifətlərindən qəflətə səbəb olur və nəticədə insan özünü ehtiyacsız və müstəqil görür və zahiri səbəblərə üz tutub, Allahla öz fərdi (fəqr) əlaqəsini unudur.

 

2 – Allahı unutmaq, insanın maddi ləzzətlər və heyvani şəhvətlərə qərq olmasına və öz yaranış məqsədini unutmasına səbəb olur. Nəticədə isə, insan öz məqsədini unutduğu üçün, özünü də unudur.

 

Həşr surəsinin 19-cu ayəsinə əsasən, əgər insan  Allahı unudarsa, Allah onu özünü unutması ilə cəzalandırar.

 

İnsan özünü unudanda, öz şəxsiyyətinin qarətçilərinin talanından heç bir hissi qalmır. Buna görədə, insanda hücumçu düşmən əlehyinə heç bir qiyam və hücum baş vermir və onun bütün idrak və təhrik fəalliyyəti əsarətə düşür.

 

 

 

 

OXŞAR VIDEOLAR