Saytımızda axtarın

     MENU
Nəhcül Bəlağə

Nəhcül-bəlağənin şərhi (12-ci xütbə)

لَمَّا اَظْفَرَهُ اللّهُ بِاَصْحابِ الْجَمَلِ، وَ قَدْ قَالَ لَهُ بَعْضُ اَصْحابِهِ: وَدِدْتُ اَنَّ اَخى فُلاناً كانَ شاهِدَنا لِيَرى ما نَصَرَكَ اللّهُ بِهِ عَلى اَعْدائِكَ. فَقالَ لَهُ عَلَيْهِ السَّلامُ: اَهَوى اَخيكَ مَعَنا؟ فَقالَ: نَعَمْ، قالَ: فَقَدْ شَهِدَنا، وَ لَقَدْ شَهِدَنا فى عَسْكَرِنا هذا اَقْوامٌ فى اَصْلابِ الرِّجالِ وَ اَرْحامِ النِّساءِ، سَيَرْعَفُ بِهِمُ الزَّمانُ، وَ يَقْوى بِهِمُ الاْيمانُ

İmam Əli əleyhis-salamın kəlamlarındandır. «Cəməl» döyüşündə Allah o Həzrətə qələbə nəsib etdikdən sonra Həzrətin yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını görəydi». Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir. 

 

OXŞAR AUDIOLAR