Saytımızda axtarın

     MENU
Məqalə

Təqvanın nəzəri və əməli amilləri

Təqvanın nəzəri və əməli amilləri

Təqva elə bir qüvvədir ki, onun vasitəsilə insan özü və istəkləri üzərində hökmranlıq qazanır. Qazanılmış bu səltənət və hakimlik nəinki onun günahlardan qorunmasına, hətta günahın cazibə meydanından özünü uzaqlaşdırıb ondan pəhriz edə bilməsinə səbəb olur.

Bu   qüvvə   təkrarlamalar   və   məşəqqətlərdən əldə olunan ruhi və mənəvi qüdrət və bacarıqdır. Nəfsin kəraməti, bu mələkuti gövhərin üstünlüyü və günahın çirkinliyini tanıma nəticəsində elə bir zaman yaranır ki, bu insan günaha düşmür.

Bu zəmin məad, qiyamət, əməllərin hesab- lanmasının zikri, axirət aləmi ilə müqayisədə dünyanın məhdudluğunun xatırlanması ilə qüvvə- lənir.  Digər  tərəfdən  isə  ilahi  rəbbilik, Allahdan başqa camal və cəlal sifətləri şeytan və onun vəsvəsələrini tanımağa, Allahın əmr  və nəhyləri (qadağaları), şeytanın  vəsvəsə  və  aldatmalarını qiymətləndirməyə səbəb  olur. İnsan  onda  başa düşür ki, Allahın dəvətini qəbul etmə onun diriliyinə, şeytanın dəvətini qəbul etmə isə insanın aradan getməsinə gətirib çıxarır.

Əlbəttə, insan bu tanımalarla yanaşı əməli işlərə də üz tutmalıdır ki, ruhunu qüvvətləndirib həmişə mərifətinə uyğun şəkildə addım ata bilsin. Necə deyərlər,  «Əməlsiz  elm  meyvəsiz ağac  kimi», «saleh əməlsiz kamal kamansız ox kimidir.» Təqvanın yaranıb qidalanma mənbələri bunlardır:

1. Tanıma mənbəyi.

2. Əməl mənbəyi.

Tanıma mənbəyi

Tanıma mənbəyi öz növbəsində bir neçə hissələrə bölünür:

1. Nəfsi tanıma.

2. Allahı tanıma.

3. Günahın həqiqətini tanıma.

4. Dünyanı tanıma.

5. Axirəti tanıma.

6.Şeytanı tanıma.

Əlbəttə insan bir məsələni də yadda saxlamalıdır ki, bu tanımalar unutqanlıqdan uzaq olmalıdır, əks təqdirdə insan dərk etməklə yanaşı, günaha da yaxınlaşa bilər.

Nəfsi tanıma:

Təsəvvür edək ki, bir kəsin qiymətli bir yaqutu vardır. O şəxs həmin yaqutu tanımadığına görə onun dəyərinə varmadan asanlıqla atəşə atıb külə döndərə bilər. Allahın əmanəti olan ruh da belədir. İnsanı maddi varlıq bilən  bir  kəs  təbii  ki,  onun səadət  və  xeyrini  də  maddi məsələlərdə görər. Lakin əgər o, insanın həqiqətini mücərrəd bir iş bilsə, onun xeyir və xoşbəxtliyini maarif, əxlaq və mənəvi fəzilətlərdə axtarmağa çalışar. Bu mövzuda hər şeydən əvvəl insan özü üçün əhəmiyyət kəsb etməlidir ki, xeyir və şərrini, fayda və zərərini tanımaq niyyətində olsun. Əgər belə bir niyyətdə olarsa, xeyir və mənfəəti özünə götürər, şərr və zərəri isə özündən uzaqlaşdırar.

İmam  Əli   (ə)   buyurur:  «İnsan  ilahi  təqvanı qəbul etməli, öz xeyrini istəməlidir və ölümün yetişməsindən qabaq tövbə edib şəhvətinə qalib gəlməlidir.» (Nəhcül bəlağə, xütbə 64)

İnsanın öz xeyrini istəməsi təqvanın ən ali mərtəbəsidir və bu hal iki amil əsasında yaranır:

1. İnsan özü üçün xeyir və kamal sayılan bir sıra həqiqətləri tələb etməlidir.

2. Öz nəfsi özü üçün əhəmiyyət və dəyər kəsb etməlidir.

İnsan  bu  məqama  yüksəldikdən  sonra  özünü tez keçən, müvəqqəti ləzzətlərə satmaz və digər məxluqlar qarşısında öz ilahi kəramətini qoruyar. Allah-təala buyurur: «Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükr edib yalnız Ona inanmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)»

Allahı tanıma:

İnsan Allahın sübutiyyə və səlbiyyə sifətlərini və Əsmayi-hüsnasını  tanıdıqdan  sonra  dərk edir  ki, O, hər şeydən mütləq ehtiyacsız, misli olmayan, naməhdud, yeganə, mütləq gözəl, nöqsansız kamil, bağışlayan və rəhman, insana özündən daha yaxın və ən yaxşı dostdur ki, bəxş edir, almır. İnsan bütün bunlardan agah olandan sonra Allahın əmr və nəhylərinə sözsüz təslim olur. Çünki bilir: O, elm və hikməti ilə boş və bihudə tapşırıq vermir və rəhməti xatirinə göstərişlərində insanın kamal və yaxşılığını nəzərə alır.

«İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu  ayı) oruc  tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı  qədər  başqa günlərdə  tutsunlar.  Allah  sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona («Allahu əkbər» deməklə) təzim və şükr edəsiniz.»

İnsan bilməlidir ki, Allah cəhalət üzündən batil söz və ya xəyanət üzündən insana zülm olunmasını nəzərdə tutan söz deməz. Digər tərəfdən isə insan öz hərəkətlərini Ondan gizli saxlaya bilməz.

«(Loğman  öyüd-nəsihətinə davam  edərək)  dedi:

«Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis  iş)  bir  xardal  dənəsi  ağırlığında olsa  da,  bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!» Ayədən göründüyü kimi insan özünü Allahın əzabından uzaq saxlaya bilməz. Üçüncü  tərəfdən  başqaları  insanın  ömrünü  və sərmayələrini az miqdarda aldığı halda  Allah-təala insanın əməllərini və insanın özünü alır və savab, əcr, mükafat kimi əbədi səadət və cənnətdə xalidliyi ona bəxş edir. «Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!»

Bu tanıma nəticəsində insan başa düşür ki, Onsuz xəsarətə düşər və Onunla xeyir gətirən ticarətlə məşğul ola bilər. Ağıllı insan yuxarıdakı mətləblərə diqqət yetirərək, artıq günaha düşmür və özünü Allahla ticarətə məşğul edir. Amma elə insanlar da var ki, Allahın əzəmətini tanımaqla ruhlarında Allaha eşq yaranır və həmin eşqlə, məhəbbətlə Allahın əmr və nəhylərinə əməl edirlər.

İmam Sadiq (ə) bu barədə belə buyurur:  “İbadət edənlər üç qrupdan biridir:

1. Qorxudan Allaha ibadət edənlər - bəndələr.

2. Savab üçün Allaha ibadət edənlər - tacirlər.

3. Sevdikləri üçün Allaha ibadət edənlər - azadlar Üçüncü  ibadət  hər  ikisindən  daha üstündür.” Əgər insan qəbul etsə ki, Allah onu görür, o da Allahı tapmağa səy göstərər. Bunun nəticəsində onun bütün dərdləri müalicə olunar, həm də onun yolunda müvəffəqiyyət qazanmasına səbəb olar. Həzrət Rəsulu-Əkrəm (s) buyurur: «Ən üstün iman odur ki,  biləsən harada olsan, Allah səninlə bir yerdədir.»

İlahi qorxudan məqsəd Allahın əzab qorxusudur ki, Qurani-Kərimdə oxuyuruq: «Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!»

Bəşəriyyətin Allahı öz imkanı həddində tanıması və  bütün  vəziyyətlərdə  Allahın  zikri mövzuları İslam dininin mahiyyət və əsasıdır ki, dinin bütün məsələləri bu bəhsə qayıdır.

 

Məhəmməd Baqir Saiver

OXŞAR MƏQALƏLƏR