Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 6 (a)

Aralarında dostları var idi. Dedilər: bu da sənin Əli(ə) haqqında şeirlərinin xeyri. Sonra hamının yanında ağladı. Orada bədahətən bir şeir oxuyub. Mən Cəfəriliyi qəbul etdim. Burada şairlər  Qədir Xum haqqında şeirlər deyiblər. Onlardan biri də Seyyid Himyəridir (İmam Sadiq(ə)-ın dövründə). Ayrı şairlər də var. Debəl İmam Rza dövründə yaşayıb. O, şair idi. O, Məmun və Harun haqqında onların əleyhinə şeirlər deyərdi. İmam Rza haqqında qəsidəsi var.Həmən qəsidəni Mədinəyə gedərək  onu İmam Rzaya oxuyub. Ona dedilər: Sən elə şeirlər deyirsən ki, buna görə səni bir gün asacaqlar, öldürəcəklər. Dedi: Mən 40 ildir darımı çiynimdə aparıram. Mənim asanım yoxdur. Bu şair bir gün imam Rza(ə) belə bir şeir dedi: Allahın ayələrinin mədrəsələri boş qalıb. Burada boş qalıb sözünün mənasıda,  imamların şəhadətini göstərir İmam Əli belə oldu, İmam Həsən belə oldu.  imam Rza adına çatır dayanır. Bu Qəmnamədir. Qəmli müsibətnamədir Debəl imama deyir: burada dayandım tamamlaya bilmədim. İmam buyurdu: Tusda bir qəbr var. Onun sahibi nə müsibətlər çəkmişdir. Sonra ikinci beyt də imam Zaman haqqındadır. imam Rza buyurur o beytidə Debelə buyurdu. Bu Debəl oradan qayıdır.Tarixdə bu barədə geniş yazılmışdır.  Bunlar hamısı Qədir Xum şairləridir. Əllamə Əmini bunların tərcümeyi halını da  öz kitabında yazmışdır.  "Qədir ədəbiyyatda,şeirdə" bu özü geniş bir bəhsdir.

Qədir xum hadisəsinin unudulmasında münafiqlərin rolu.

Sonra Qədir haqqında belə bir araşdırma da ola bilər ki, Qədir niyə oldu?. Əgər belə şəffaf məsələ idi, aydın bir məsələ idisə niyə bu hadisə baş verdi? Məgər peyğəmbərin səhabələrinin peyğəmbərə imanı yox idi?. Peyğəmbər nə buyururdusa onlar onun sözünə  itaət edərdilər. Belə bir  sual vermək olar. Niyə peyğəmbərin səhabələri bu hadisəni unutsunlar?. Burada bir bəhs vardır.  səhabələrin mövqeyi nə idi?. Bizim nəzərimiz budur ki, peyğəmbərin səhabələri indiki insanlar kimidirlər. Pakı da var idi əyrisi də. Mələk deyildilər?Onlar göydən nazil olmamışdılar. İnsan idilər. Nəfsləri də var idi. Quran göstərir ki, peyğəmbərin səhabələrindən əyriləri də var idi. Bu nədir?. Şəxslə işimiz yoxdur ki,onlar kimdir. Yəni ümumiyyətlə var idi. Quranın bölməsi var. Quran peyğəmbər dövrünün insanlarını  kafir və müsəlmana bölür. Sonra müsəlmanı da iki qismə bölür. Mömin, münafiq. Peyğəmbər dövründə münafiq kimə deyərlər?. Onlar, zahirdə peyğəmbərə iman gətirib, peyğəmbərə inanıb kimi görünürdülər. Səhabə də o şəxsə deyirlər ki,o peyğəmbər zamanında yaşayıb. Bəs münafiqlər kimlərdir?. Bəziləri belə bir nəzəriyyə  deyir ki,peyğəmbərin səhabələri hamısı pakdır. o nəzəriyyə düz olsaydı gərək Quran münafiqlər haqqında buyurmayardı. Münafiqun surəsi olmamalıydı. Əsas odur ki, İslam tarixiylə oynayanlar münafiqlər idi. Quran buyurur: Uhudda 300 nəfər yarı yoldan qayıdıb. Quran buyurur: Onların bəziləri peyğəmbərə əziyyət verir. Bəziləri peyğəmbərə deyirlər sadəlövhdür.Onlar peyğəmbərə hətta yalan sözlər deyiblər.Lakin peyğəmbər də deməyib ki,siz yalan deyirsiniz. Onlar Deyirdilər ki, peyğəmbər sadəlövhdür nə deyirsən qəbul edir. Allah buyurur ki,əgər peyğəmbər o cür olmasaydı bəzilərinin abrını aparardı. Peyğəmbər bilir sən yalan deyirsən. Camaatın içində sənə desəydi sən yalançısan sənin abrın gedərdi. O sənin xeyrinədir. Ayə vardır ki, səhabələrdən münafiqlər var idi.Hətta elə peyğəmbərin yaxınlarından da var idi. Buyurur: Sənin yanına gələrək  and içirlər ki, sən Rəsulullahsan. Bu barədə Munafiqun surəsinin əvvəli buyurur.  "Onlar yalan deyirlər,mömin deyillər".  Quran baxımından insanların bəziləri münafiqdir. Deyilsə ki, peyğəmbər zamanında münafiq yox idi o söz Quranın ziddinədir. Hətta peyğəmbər dövründə elə münafiqlər var idi ki,  Peyğəmbərlə rabitə qururdular və peyğəmbərin yanına gəlib gedirdilər, and içirdilər peyğəmbərə ki, innəkə Rəsulullah(Həqiqətən sən peyğəmbərsən). Buradan aydın olur ki, peyğəmbərin səhabələri iki hissəyə bölünürdülər. Və tarixi araşdırarkən  peyğəmbərin zamanında içki içən də,  günah edən də olduğu məlum olur. Və bu ayələr,hansıki  filankəsə həd vurun, filankəsə cəza verin buyurulur bunlar nə vaxt nazil olub?. Peyğəmbərin zamanında münafiq olmasaydı o ayənin mənası olmazdı. Əhli Sünnət  alimləri yazır ki, "bir şəxs içki içdi ona görə ayə nazil oldu". Bəs içki içmək adamı fasiq etməzmi? Filankəs zina etdi ayə nazil oldu. Bəs o iş adamı fasiq etməz?  Peyğəmbərin səhabələri iki qismə bölünür.  Onlar da adi insanlar kimi idilər. Bir sıra kamil insanlar, peyğəmbərdən faydalanmışdılar. Bəzisi o qədər faydalanmışdır ki,onlar üçün hədis vardır. “Biz  cənnətə getmək üçün şövqümüz var amma bəzi insanları cənnətin ona gəlməsi üçün şövqü vardır. Bizə cənnətə getmək fəxrdir. Bəzi insanlar elə məqamdadırlar ki, onlar cənnətə getsələr cənnət bunun üçün fəxr edər. Hədis var ki, bir neçə nəfərə cənnət müştaqdır. Peyğəmbər belə buyurduqdan sonra getdi. Hamı söz-söhbətə düşdü ki,görəsən onlar kimlərdir. Kimə dedilərsə get onların kimliyin soruş, cürət etmədi. Çünki ehtimal edirdi ki, özünün adı o siyahıda olmasın. Cürət etmədi getsin soruşsun. Axırda Elm şəhərinin qapısına müraciət etdilər. Peyğəmbərin həyatında da belə idi. Peyğəmbərdən bir şey öyrənmək istəsəydilər Əlinin qapısına gələrdilər. Bu hədisdə də gəldilər Əlinin qapısına. Bu məcazi söz deyil. O zaman da elə idi. Dedilər sən peyğəmbərin qapısısan de görək bunlar kimdir?. Əli(ə) buyurdu: Əvvəlcə gərək Rəsulullahdan soruşum. Peyğəmbər buyurdu: Sən birincisisən, Əmmar, Əbuzər, Salman. Onlarında adlarını dedi. Peyğəmbərin səhabələri hamısı eyni dərəcədə deyildilər, müxtəlif dərəcələri var idi. Tarix də onların müxtəlif dərəcələrinin olduğunu göstərir. Peyğəmbərdən sonra ixtilaf baş verdi. Cəməl müharibəsi oldu. Cəməldə peyğəmbərin səhabələrinin bir hissəsi bu tərəfdə, bir hissəsi isə qarşı tərəfdə idi. İki tərəfdə haqq ola bilməz. Haqq bir tərəf olar. İndi haqq kimdir o ayrı bəhsdir. Aydındır ki, üzləşmə var idi. Təlhə, Zübeyr bir tərəfdə idi Əli (ə) isə başqa tərəfdə. Burada haqq biridir. Ona görədə qeyd etdik ki, peyğəmbərin səhabələri hamısı bir dərəcədə deyil. Bəzisinin imanı kamilləşir, bəzisinin imanı naqisdir, bəzisinin imanı zəifdir, zahiri imandır, bəzisi münafiqdir. Quran imanları bir neçə dərəcəyə bölür. Məlumdur ki, o zamanlar da elə həmin imanlar var idi. Buyurur: Yox, siz iman gətirməmisiniz, siz müsəlmansınız. Mömin deyilsiniz. Onlar səhabədirlər ya yox? O tərif yalnız budur. Buyurur: Siz peyğəmbəri görənsiz, səhabəsiniz o zaman bu zahirdə imandır. Quran buyurur: Mömin deyilsiniz, müsəlmansınız. Bu müqəddimə idi,istədik aydın olsun ki,  o zamanda həmin indiki səbəblər ola bilər. Ərəbin tayfabazlıq hissi var idi. Bir sıra hədislərdə vardır. Bəziləri gedib qəbirləri də sayardılar. Və bununla öyünərdilər ki, mənim tayfam sənin tayfandan böyükdür. 10  pəhləvanı var. Güclü adamı var. O birisi deyərdi: Yox mənimki 11 dənədir. Onu buradadır, biri də qəbirdədir. Bu təkasurdür, yəni dünyaya çox marağı olmaqdır. Bəzi təfsirçilər onu tayfabazlığa təfsir edirlər. O bir nümunəsidir. Bu tayfabazlıq hissi ərəblərdə var idi. Ərəblərin imanının zəif olmasının səbəbi peyğəmbəri kamil görməmələrdir. Hətta onlar, müsəlman idilər peyğəmbər dövründə biri peyğəmbəri bir saat görmüşdü. Gəlib  Mədinəyə peyğəmbərin yanında 1 saat oturub onu görüb müsəlman olurdular. Sonra öz kəndinə qayıdıb, Azan, iqamə, namaz, oruc kimi ibadətlərlə məşğul olurdular. İslamın həqiqətini kamil olaraq bilmirdilər. Onlardan bununla tayfabazlıq  getmirdi. Məgər bizim namaz qılanlarımızın hamısında tayfabazlıq gedibmi? Getməyib. Dostbazlıq gedib? Getməyib. Namaz qılır amma dostbazdır. Dostuna o birisindən çox əhəmiyyət verir. Bu o zaman da var idi. Dostuna o birisindən daha çox əhəmiyyət verirdi. Bu nədən irəli gəlirdi? İmanın azlığından. Bu iman kamil olsa Mucadilə surəsi axırıncı ayəsinə əsasən ancaq Allahı sevərdi. Hamıda İman kamil olmaz. O zaman da kamil deyildi. Bunlar görürdülər ki, Bəni Haşimdən Rəsulullah çıxıb. İmanı zəif olanlar peyğəmbəri hakim kimi başa düşürdülər. Bəziləri peyğəmbəri səltənət kimi başa düşürdülər. İmanı zəiflər də belə başa düşürdülər. Onlara ağır gəlirdi ki, Bəni Haşimdən belə bir böyük olsun. Peyğəmbər dünyasını dəyişəndən sonra bunların maraqları bu idi ki, bunların öz tayfaları da bu şansa çatsın. Onlardan da biri böyük adam olsun. Buna görə də tayfabazlıq, ərəblərdə imanın zəifliyinə əsasəndir. İkinci xəlifədən nəql olunub: Ərəblər nübuvvətin və xilafətin bir tayfada olmasını qəbul etməzlər. Hamısı Bəni Haşimdə olsun. Düz deyir. Ərəb qəbul etməz. O ərəb qəbul etməz ki,onun imanı zəifdir. Tayfa gözü ilə baxan ərəb bunu  qəbul etməz. O ərəb əgər, peyğəmbərə, Allahın hökmünə itaət edirsə bu zaman qəbul edər. Allahdan hər nə gəlsə  deyər: “Amənna”. Bu bir amildir. Onlarda tayfabazlıq amili var idi. İmam Əli özü buyurur: “Peyğəmbərə imanı olan, Qureyşilər özlərini məndə biruzə verdilər. Rəsulullaha aid olanı da məndə göstərdilər”.  Təkcə Əlinin özünə aid olanı yox. Diqqət edin o ayrı bir amildir. “Rəsulullaha aid olanı da məndə biruzə verdi”. Sonra mənim övladlarımda da özünü göstərəcək. İşarə bu kəlimədədir. Qureyşin mənimlə nə işi var, məndən nə istəyir? Bunlar Allahın rəsulunun əmrinə görə idi. Kim Allaha itaət etsə mükafatı da ondan alar. Burada məsələ tayfabazlıq məsələsidir. Ərəblərdə bir şəxs sosyoloji baxsa o zaman aydın olar. O zamanın cəmiyyəti tayfa qurumu idi. Bu bir. İkinci Əlinin öz şəxsiyyəti ilə tayfa arasında qalmaqdan əlavə mühüm olan Əlinin öz şəxsiyyəti idi. İmam cihadlarda iştirak etmişdi. Burada elə bir tayfa yox idi ki, imamın Zülfiqarından onun tayfasından bir adam ölməsin. Bu da Əli(ə) a kin bəsləmək üçün bir səbəb idi. Bu Əli(ə) dan xoşlanmama səbəbi idi. Kimin?. O kəslərin ki, onların imanı zəif idi. Yəni,O şəxs namaz qılırsa, oruc tutursa kifayətdir. Lazım deyil ki, başqasından acığı gəlsin. O mənim qardaşımı öldürsə haqq da olsa mən mömin kamil olmasam o zaman ondan acığım gələr. İntiqam. Məgər qatillər hamısı kafirdirlər. O müsəlmandır başqasını qətlə yetirir, böyük günah edir. bu cəhətdən kin var idi, çünki imanları zəif idi. Deyirdi o mənim filan müharibədə atamı  öldürüb. O mənim qardaşımı öldürüb və.s. Bir şəxs imam Səccaddan soruşdu: Sizin atanızdan (Əlidən) niyə Qureyşin çox  hissəsinin acığı gəlir? niyə ondan xoşları gəlmir, nədəndir?. İmam buyurdu: ”Çünki birinci büdpərəstləri öldürməklə onları oda daxil edib. Qalanları da buna görə məyus olublar.” Yəni onlar, oda düşüblər, onlardan sonra qalanlar biabır olublar ki, mənim dədəm Əbu Süfyan idi. Kin buradan əmələ gəlir. İkinci amil isə kindir. Bu kin nədən yaranmışdı?. Bədr, Huneyn kimi müharibələrdə Əli(ə) iştirak etmişdi və onlardan həmən döyüşdə öldürmüşdü. Bundan kin meydana gəlmişdi. İbn Əbil Hədidin bir cümləsi var. Deyir: “mən onları çox da danlamıram, çünki insanın təbiəti belədir. İnsanın təbiəti budur ki, onun atasını öldürəndən xoşu gəlməz. Hətta insan kamilləşsədə. Mən onlara Əlidən xoşları gəlmədiyi üçün çox lənət etmirəm. Çünki təbiətləri belədir”. Hətta bir cümlə qeyd edək. ibn Əbil Hədid  bu barədə yəni Əli(ə) ın unudulduğu barəsində geniş bir bəhs edir. Sonra deyir: Əgər imam Əli peyğəmbərdən sonra ibadətlə məşğul olmasaydı, yenə həmin Zülfiqar kimdə olsaydı o şəxs imam Əlini öldürərdi. Buna görədə, gördülər ki, daha Əli keçmiş Əli deyil. Yəni Zülfiqarı qınındadır. İbni Əbil Hədid kitabında bunu təhlil edirdi, Zülfiqarı qınında olmağı buna görə idi ki, ərəbin o kini soyusun, yatsın. Vəziyyət dəyişildi. Kinlər soyumadı o kin Kərbəlada özünü göstərdi. Yezid İmam Hüseynin mübarək başına, dişlərinə qamçı vururdu və deyirdi: Mən Bədrdə ölən babalarımın intiqamını aldım. Bunu Şeirlə oxuyurdu. Deyirdi: Bədrdəki mənim şeyxlərim (yəni böyüklərim) burada olaydılar görərdilər ki, Muhamməddən necə intiqam aldım. Diqqət edin Muhəmməd (s) dən intiqam aldığını deyir, İmam Hüseyn(ə)dən yox. Muhəmməd (s) in intiqamını nəvəsindən alır. Üçüncü amil həsəddir. İman zəif olsa həsadət yaranar. Həsəd - yəni iman zəif olanda insan başqasının fəzilətini, böyüklüyünü görməz,həzm etməz. Məsələn: İnsan bir kənddə yaşayır.Onun dostu da həmən kənddə böyük adamdır. Əgər iman kamil olsa, yaxşı olsa sevinər. İman zəif olsa həsəd aparar. Niyə mən yox O? Əgər özü sınsa istəyər ki ,o da dostuda sınsın. Həsəd mühüm bir şeydir ki, indi də var, o zaman da var idi. Peyğəmbər Əli haqqında danışırdı, peyğəmbər Əlinin fəzilətlərini buyururdu, lakin hamı eyni cür başa düşmürdü. Onların imanları zəif idi Əliyə həsad aparırdılar. Deyirdilər: Niyə peyğəmbər yalnız Əlidən danışır. Cabir ibn Abdullah Ənsari buyurur: Biz peyğəmbər dövründə münafiqlə mömini,Əlini sevib sevməməkdə ayırardıq. O zaman bilərdik ki, bu şəxs münafiqdir ona görə də Əlidən xoşu gəlmir. Bu barədə başqa səhabələrdə buyurmuşdurlar. “Biz münafiqi Əli ilə tanıyardıq”. Əli haqqında deyilən fəzilətlərə görə bəzilərinin ona həsad əsasında  kinləri olurdu. Onların xoşları gəlmirdi ki, niyə Əliyə bu qədər fəzilət verilib. Bu həsadət iman zəifliyidən irəli gəlir. İnsanın imanı zəif olsa onda həsəd də olar. Dördüncü amil isə İnsanın təbiətində budur ki, rəis olsun, böyük olsun, bu vəzifəpərəstlik hamıda var. İnsan özünü kamilləşdirməlidir, imanı kamil olmalıdır ki, o hissiyatını öldürə bilsin. Hamı istəyir o məqamlara çatsın. Dünyanda Adəm zamanından indiyə qədər vəzifəpərəstlik hissi mühim bir rol oynayıb. Peyğəmbərin dövründə də belə oldu. Bir sıra insanlar istəyirdilər ki, peyğəmbərdən sonra vəzifəyə çatsınlar, çatdılar da. Və şahidlər var ki, onlar peyğəmbər zamanında bunları fikirləşirdilər. Məsələn Əbdurrahman ibn Ovf istəyirdi ki,peyğəmbərin qızı Zəhran (s)la ailə qursun. O zaman Fatiməyi Zəhray (s) a çoxlu elçilər var idi. Hamısı Fatimeyi Zəhraya görə deyildi. Fatimeyi Zəhranı bir vasitə kimi görürdülər.Onlar bununla peyğəmbəri incidirdi. Əbdurrəhman bir təklif edir deyir: Sən Zəhranı mənə versən sənə min dənə kəniz,min dənə qul,min dənə dəvə verərəm. Hətta bu haqda çoxlu belə hədislər vardır. Peyğəmbər Buyurdu: Mən sənə mal satıram? Niyə bu cür edirdilər? Ərəblər bu yolla vəzifəpərəstlik hissini həyata keçirirdilər. Tarixdə başqa misallar da var ki, çalışırdılar vəzifəpərəstlik hissini həyata keçirsinlər. Nümunlərin birini misal olaraq qeyd etdik. Bu da bir məsələ-vəzifəpərəstlik. Bir də mühim olan ayrı amil vardır. Beşinci amil. Bu nədir? Nəzərə çatdırılır ki, peyğəmbərin səhabələrində bir sıra insanlar var idi. Onlar peyğəmbərin məsuliyyətini ibadətlərdə bilirdilər. Onlar o vəzifədə birinci peyğəmbərə inanırdılar. Deyirdilər: Namazı, orucu bizə Peyğəmbər öyrətsin. Lakin peyğəmbər bizə hərbidə komandir seçən adi bir adam kimidir. Bizim də haqqımız var ki, peyğəmbərə etiraz edək, seçdiyini qəbul etməyək. Burada peyğəmbər muta (itaət olunan) deyil ki, ona itaət edək. Peyğəmbər də bizim tayımızdır. Bəziləri peyğəmbərə bu səviyyədə inanırdı. Buna dair əlimizdə bir neçə sübutlarımız vardır. Hudeybiyyə sülhündə bəziləri peyğəmbərə etiraz etdi. Hətta bəziləri dedilər: Mən sənin peyğəmbərliyinə şəkk etdim. O şəxs səhabələrin biri idi. Etiraz etdi, niyə belə bir iş görürsən. Burada ayrı cərəyanlar da var. Hətta Hucurat surəsinin birinci ayəsinin təfsirində yazırlar: iki nəfər peyğəmbərin səhabələrindən  peyğəmbərin yanına gəlib onunla münaqişə edirlər. Biri deyirdi: Peyğəmbər, filankəsi filan tayfaya əmir seç, o biri isə deyir: Yox,onu yox başqasını əmir seç. O qədər bu münaqişə oldu ki, peyğəmbərin hüzurunda mübahisə etməyə başladılar. Ayə nazil oldu: “Onlar, səslərini peyğəmbərin səsindən uca yüksəldirlər”. Məlumdur- bir sıra insanlar özlərinə bu haqqı verirdilər ki, peyğəmbərin yanında əmir seçmək təklif etsinlər özü də bu cür formada. Onlar deyirdilər: Peyğəmbər Əlini məsləhət bilib, lakin biz onu məsləhət bilmirik. Və özlərindən məsləhət gətirirdilər ki, Əli cavandır, zarafatçıldır, düşməni çoxdur. Əgər Əli olsa ərəblərin çoxu qəbul etməz. Bu zaman İslam dağılar. Burada məsləhətlər bu əsasda idi ki, peyğəmbər də bizim tayımız, bizim kimi bir insandır. Düzdür O deyir amma, onun özü üçün məsləhətlidir onunçun belə deyir. Biz isə indi ayrı məsləhət bilirik və deyirik. Bəzi dinin qanunları dəyişildi. Bəzi qanunlar peyğəmbərin zamanında bir cür idi, peyğəmbərdən sonra isə başqa cür dəyişilmə prosesi getdi. Özlərinə öz ağılları ilə bəzi şeylərdə icazə verirdilər. Düşüncələri belə idi: Peyğəmbər bu sahələrdə adi alimdir biz də adi alimik. O da bir insan, biz də bir insanıq. Ona  namazı qılmaqda bəli tabeyik. Lakin ayrı sahələrdə içtimada, məsələlərin araşdırılmasında peyğəmbər öz zamanında məsləhət bilmişdi, biz də ayrı məsləhət bilirik. Əsas, bu beş amil səbəb oldu ki, Qədir Xum unudulsun. Bu qeyd etdiyimiz beş amil  hamısı bir amylin içindədir. O da imanın zəifliyidir. O da bu idi.

 Bir cihadi əkbər (böyük cihad) var, bir də cihadi əsğər (kiçik cihad). Cihadi əsğər hələ ki cihad deyildir, döyüş deyildir. Namaz da oruc da cihadi əsğərdir. Bunlar hamısı cihadi əsğərdir. İslamın zəvahiri cihadi əsğərdir. Ancaq  o cihadi əsğərin bir nümunəsidir. Bir şəxs döyüşdə müharibə edir. Namaz qılmaq və.s bunun kimi işlər də cihadi əsğərdir. Nəfsə qalib gəlmək isə cihadi əkbərdir. Mümkündür insan namaz qılsın, oruc tutsun, müharibəyə getsin, zəkat versin, xums vesin lakin bunlar cihadi əkbər deyil. Həsadətinə qalib gəlmək, tayfabazlığına qalib gəlmək cihadi əkbərdir. Belə bir kin hansı ki qeyd etdik məsələn: Əli müharibədə onun atasını öldürüb, bu kinə qalib gələ bilməsin. Qəlbinə qalib gələ bilməsə, üzvlərinə qalib gələ bilməsə, əvvəllərdə qeyd etdiyimi həmən o yazılan iman ondan gedər. Səhabələrin bəziləri namaz qılırdılar, oruc tuturdular lakin onlarda cihadi əkbər yox idi. Cihadi əkbəri yaddan çıxarıb məğlub oldular. Gözəl şəkildə namaz qılırdılar, oruc tutular, camaat namazında iştirak edirdilər, camaat namazı təşkil edirdilər, zəkat, xums hamısını düzgün icra edirdilər lakin  Qədir Xumda imanları aradan getdi. İnsan həqiqətlə necə üzbəüz olur? Əgər bir həqiqət tayfasıyla toqquşsa, həsadəti ilə toqquşsa, şəxsi kinləri ilə toqquşsa, özünün düşüncəsi, səthi düşüncəsi ilə toqquşsa, deyərki Allah belə buyurub  amma mən ayrı cür düşünürəm. Məsələn: Allah buyurub hicab ört amma mən başqa cür düşünürəm. Bu bir həqiqətdir. Allah Taalanın əmri mənim fərdi məhdud düşüncəm ilə üst üstə gəlmir. Bu həqiqət toqquşanda insanın şəxsi düşüncələri ilə necə münasibət yaranar? Həmin Qədir münasibəti kimi bir münasibət yaranır. Qədir təkrar olur. Çünki Qədir, yəni cihadi əkbərdir. Bir insan bəzən vilayətdə qalar. O zamana qədər ki, peyğəmbərin qanunları hər şeydə onun üçün müvəffəq olsun. O zaman bu vilayət insanın nəfsi ilə, həsadəti ilə, kini ilə üst üstə düşsə imanı aradan gedər. Bir nəfər Qədir Xum cərəyanını eşidəndən sonra qəzəbli halda peyğəmbərin yanına gəlir, deyir: Ya peyğəmbər sən demisən “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır”. Peyğəmbər buyurur: Bəli mən demişəm. Həmən şəxs deyir: bunu özündən demisən?. Peyğəmbər buyurur: Xeyir. Allah buyurub. Bunu eşidən həmən şəxs bilmir Peyğəmbərə nə desin. Axı Allah Taala buyurmuşdur. Həmən şəxs, özünə qarğış etməyə  başlayır. Cümləyə diqqət edin! Bir şəxs nəfsinə qalib gələ bilməsə delə deyər. Axı həmişə insan haqq biri olsa belə deyər: Allah, düzdür bu mənim nəfsimlə uyğun deyil amma sən mənə elə bir tofiq ver ki, mən o həqiqəti qəbul edə bilim. Düzdür mənim nəfsimlə tutmur. Mənə elə bir tofiq ver ki, kinimi yatırım həqiqəti qəbul edim. Yuxarda qeyd olunan şəxs Qədir hadisəsini eşidəndə özünü itirmişdi çünki, atasını Əli (ə) Bədrdə öldürmüşdü. Adı- Nəsr ibni Müzahim idi. Ənfal surəsi 32 ci ayəni qeyd edək.   ” Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” demişdilər.” Bu özünü itirməkdir. Yəni o qədər insan çaş baş qalıb ki, haqqın qarşısında haqqı qəbul etmək istəmir. Bir budur ki, deyir: Kaş sənin tərəfindən olmayaydı. Bu isə belə deyir, Allah əgər bu sənin tərəfindəndirsə mənə daş göndər həlak olum. Bu çaş baş düşməkdir. Və insanın özünü heyvanlığa tərəf aparmağıdır. Tarixdə qeyd olunur ki, Allah bunun duasını eşitdi həmən hadisədə göydən bir daş gəlib onu öldürdü. Əhli Sünnətdən 33 təfsir alimi bu ayənin təfsirində belə yazıblar. Məaric surəsi də bunun haqqındadır. Bir nəfər peyğəmbərdən əzab istədi. O da o haqdadır ki, Allah göndərdi və o həlak oldu. Bu da belə bir cərəyandır. Qədir Xum məsələsi insanın nəfsi ilə toqquşma məsələsidir. Əgər insan nəfsinə qalib gəlməsə neçə neçə Qədir Xumlar unudular. Və insan fəlakətə düşər. Bu Allahın vilayətidir. İnsan gərək Quranda Allahdan başqa heç kimin vilayətini qəbul etməsin. Gərək ancaq Allahın vilayətini qəbul etsin. Bunu necə izah etmək olar? Heç kimin başqasının üzərində hüququ yoxdur ki, ona vilayət etsin. Onun öhdəsini alsın ona hakimlik etsin. Buna heç kimin hüququ yoxdur. Təkcə bu hüquq Allahındır. Çünki Allah insanın xaliqidir. Biz insanlar Allahın xaliqi deyilik. Allah edə bilər ki, bizim əlimizdən bir şey alıb, başqa bir şey versin. Lakin başqası üçün bizə belə vilayət ola bilməz. Quran baxımından əsas vilayət yalnız Allahındır. Quranda ayələr vardır ki, hökm yanlız Allahındır. Vəli ancaq Allahdır. Ancaq Allahdır vəli çünki, bizim xaliqimiz odur. Ancaq onun itaəti bizə vacibdir. Çünki odur bizim xaliqimiz. İndi burada iki cür mövzu vardır.  Ancaq Allahdır vəli burada iki bəhs vardır. Quran bizə başqalarının da itaətini vacib edib, onlara vilayət verib. Peyğəmbərdir ətiurrəsul, ululəmrdir. Bir bəhs budur. Digər bəhs isə budur ki, niyə biz gərək Allahın vilayətini qəbul etməliyik? Təkcə ona görə ki, O, xaliqdir. Yoxsa başqa səbəblər də var? Bunun haqqında biraz bəhs etmək istərdik. Buradan aydın olur ki, insanın Allah Taalanı vəli kimi qəbul etməsi təkcə Allahın Xaliq olması deyil. Çünki insan yaranıb kamilləşsin, kamal yolunda özü özünün ixtiyar sahibi ola bilməz. Özü özünü kamala apara bilməz. Niyə? Bunu izah edəcəyik. İnsan naqisdir. Həm yolu tapmaqda, həm yolu getməkdə naqisdir. Naqis olduğuna görə Allah ona vəli olur. Çünki insanı yaxşı tanıyır, onun elmi sonsuzdur. Allah vəlidir çünki, Xaliqdir. Bir amil odur ki, hüqüqi baxımdan niyə Allahın vilayəti vardır? Hüquqi baxımdan da çünki, xaliqdir. Bəs psixoloji baxımdan - Allah bu vəzifəni niyə yerinə yetirir?. Çünki, elmi sonsuzdur. Bizim proqramımızı bilir və bizə də mehribandır. Vilayət qayıdır Allahın elmi və qudrətinə. Çünki, Allah bizə həm mehribandır, həm də elmi vardır ona görə də vilayətə malikdir. Bu hüquqi baxımdan deyil, təhlil baxımındandır. Niyə biz ona razı oluruq ki, Allah bizə vilayəti olsun? Məsələn:  Niyə razı oluruq ki, maşını  mexanik düzəltsin. Ona maşın üzrə vilayət verirsən. Niyə? Çünki, onun bu sahədə elmi var və  səndə yəqinə yetişmisən ki, xəyanət etməz. Buna əminsən ki, o sənin maşınına düşmən deyil. Özünə düşmən deyil. Mümkündür bir həkimin elmi olsun, amma adamla düşmən olsun. İnsan bədənini müalicə etmək üçün ona verməz. Adam düşməninə həkim də olsa müalicə üçün getməz. Çünki elm və mehribançılıq yoxdur. Deməli, Allahın bizə elmi var və bizi də sevir. Bu rəhmət elmi vilayətin səbəbidir. Bu səbəb ona görədir ki, onun bizə vilayəti olsun. Hər iş bu belədir. Hər kim hər hansı bir işdə hüquqi baxımdan vilayət versə bu ayrı bir məsələdir. Biz mənəvi baxımdan ona görə vilayət verir ki, onun bu sahədə elmi və rəhməti vardır. Atanın hüquqi baxımdan insan üzərində vilayəti vardır. Ona görə ki, O insanın atasıdır, insan ondan əmələ gəlib. Bu hüquqi vilayətdir. Mənəvi vilayəti insan o vaxt qəbul edir ki, o vilayət insanı şirkə tərəf aparmasın. Aydın olur ki, mənəvi vilayət elmi mehribançılıq əsasındadır. Quran ata haqqında danışanda buyurur: Əgər sizin atanızın fiqhi yoxdur, yolu görmür onun yenə sözünə baxıb vilayətini qəbul edin. Burdan məlum olur ki, insana atasından olan vilayət elmi mehribançılıqdan irəli gəlir. Nə qədər az olarsa o qədər də insanın vilayəti az olur. Qısası budur. Bəşər məhduddur və rəhmətə ehtiyacı vardır. Bundan vilayət meydana gəlir. İstəyirdik bunu xüsusi ilə qeyd edək ki, Allahın vilayəti yalnız belə deyil ki, biz məcburən qəbul edək. Allah bizim xaliqimizdirsə bizim üzərimizdə hüquqi baxımdan vilayəti vardır. Sanki bir evdə yaşayırıq və ev sahibi evində müəyyən qanunlarla yaşamağımızı qəbul edir.O zaman biz məcbur qalıb onun qanunları ilə yaşayırıq. Bu qəbul etmək bəhsi deyil.İnsan naqis olduğu üçün bu araşdırmaq bəhsidir. Araşdırır ki, Allahın qanununu tapsın. İnsan bəzən bir şeyi qəbul edir lakin ürəkdən istəmir. Məcburi qəbul edir. Əgər hüquqi baxsaq belə nəticə alınar. Məcbur qalıb belə deyərik: Allah xaliqdir, bizi yaradıb nə buyurursa  gərək məcbur əməl edək. Nə buyurursa o cür edək məcburluq bəhsindən kənardır. Çünki, Allah Taala bizi tanıyır, mehribandır.  Amma mən istəyirəm Allahın buyurduğu əsasında yaşayım. Nəinki hüquqi formada. Məsələn axtarıram. Görüm Allah bizə nə buyurur?. Hüquqi baxımdan olsaydı insan axtarmazdı. Burada Allahın nə buyurduğunu və ya Allahın heç bir hökmünü axtarmazdı. İstər Allahın vilayətindən həmişə kənara çıxsın, istərsə də məcburi  Allahın iradəsini qəbul etsin. Çox vaxt istəyir ki, öz nəfsi ilə yaşasın. Halalı haramı bilməsin və ya əhəmiyyət verməsin. Onlar məsələyə hüquqi baxmırlar, yuxarıdan baxırlar. Rəhmət elmindən gələn  vilayətə tabe olmaq istəyənlər isə həmişə burada Allah nə buyuruduğunu tapmağa çalışırlar. Fərq etməz Allah bizim nəfsimizə müvafiqdir və ya müxalifdir. Bunu bir az genişləndirək. Bu geniş bəhsə iki surə vardır. Adına Müəvvəzəteyn deyirlər. Niyə insan Allaha pənah aparır? Pənah budur:  Bir şəxsin mənə vilayəti var, və mən də ona tərəf gedirəm. Bu hüquqi bəhs deyil, burada pənah aparmaqdır. Bir növ insan o vəlini  axtarır ki, insan ona  ixtiyar versin və onun dedikləri ilə yaşasın. Bu iki surədə Allahın niyə insana vilayəti vardır, və insan niyə naqisdir? Bunlar araşdırılıb. İstədik qeyd etdiklərimizdən aydın olsun ki, vilayət niyə Allahındır. İndi bunları izah etmək istərdim. Bu iki surəni bəzən sehr, cadu, falçılıq səviyyəsində məna edirlər. İndi görək nə buyurulur. Əvvəlcə Fələqdən başlamaq istərdik. Məsələn insan necə Allaha pənah aparar. Bu nəyi əks edir?

 

OXŞAR VIDEOLAR