Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 13 (a)

Mubahilə ayəsi Əhli Sünnət təfsirində

Onlar bu işə hazır olsaydılar, yəni onlarda mubahiləyə gəlib, yalançıya Allahdan lənət istəsəydilər, biz də istəsəydik səhralıqda başlarına od yağardı. Məlumdur ki, məşvərət nə qədər mühimdir. Məşvərət bunları nədən xilas etdi? Nədən çıxdılar? İnsan bəzən bir işi görmək istədiyi zaman ağıllı biri ilə məşvərət etsə nələrdən xilas olar. Bəzən insanın bir sıra cavanlıq hissiyyatları, bir sıra qürur hissiyatları, yalançı istiqlal hissi ilə məsələyə baxmaqları onu məşvərətdən qaçırır. Qürurla məşvərətin fərqi budur ki, məşvərət edəndə gözünü yumub qarşındakının gözü ilə baxırsan. Məşvərət edəndə istəyirik ki, onun gözündən də istifadə edək. Mən baxıram həmdə onun gözü ilə də baxıram. Yəni onun gözünə baxıram, onun gözündəkini də görürəm. Məşvərət budur ki, onun baxışını da nəzərə alam. Ola bilər ki, o da bu sahədə işləyib. Əgər mən ev tikmək istəsəm bənna ilə məşvərət edirəm ki, evimi necə tikim. Çoxlu çətinliklər səbəb olur ki, diqqət etməyim üçün onun gördüyü nöktələri mənə əvvəlcədən xəbər verir. Bu mübahilə cərəyanında məşvərətin faydasını göstərir ki, onun nə qədər faydası var. Bir ümmətin elə əzabdan xilas olmasını da göstərir. Düzdür müsəlman olmalı idilər lakin o həlakətdən qurtuldular. Bu da bir cərəyan. Sonra Əllamə Təbətəbai “Əddurrul Mənsur” kitabından nəql edir. “Əddurrul Mənsur” Əhli Sünnətin ən məruf təfsir kitablarındandır. Müəllif bu kitaba rəvayət, hədis yığıb və Quran ayələrini bir-bir təfsir edib. “Əddurrul Mənsur” kitabını Cəlaləddin Suyuti hədis əsasında Qurana təfsir yazıb. Bəli, bu mötəbər kitablardandır. Hədis kitabıdır. Buyurur , orada mubahilə cərəyanı barəsində bir hissə hədis məcmuəsi var ki, peyğəmbər mübahiləyə getdi, dörd nəfəri də özü ilə apardı. Bu Ali Əba və onların fəziləti haqqındadır. Birinci hədisdə yazır, onlar 14 nəfər idilər. Birinci hədisdə əlavə söz olaraq, başqa hədislərdən də orada qeyd edir ki, onlar 14 nəfər idilər peyğəmbərin hüzuruna gəlmişdilər. İkinci hədis, Əddurrul Mənsurda ikinci cilddə, səhifə 38 və 39 dadır. Bu hədis mübahilə cərəyanının necə baş verdiyini göstərir. Yəni o heyət niyə Nəcrandan Mədinəyə gəldi? Təkcə bu deyildi ki, onlar İslamı eşitmişdilər. Orada bir hədisdə qeyd olunur ki, peyğəmbər onlara məktub yazmış və onları İslama dəvət etmişdi. Mubahilə hadisəsi də elə O dəvətə cavab olaraq baş verdi. Çünki, Nəcranda bu dəvəti, məktubu camaat da eşitmişdi. Bir qrup 14 nəfər Mədinəyə gəldilər və bu hadisə baş verdi. Orada Peyğəmbərin məktubunu da gətirir ki, peyğəmbər buyurur: “Allahın adı ilə, O Allah, İbrahim, İshaq və Yəqubun məbududur. Onlar da ona ibadət edirdilər. Bu Muhamməd(s) dan bir məktub idi. Nəcran Yepiskopuna və Nəcran əhlinin hamısına. Məgər İslama gələsiniz. Mən sizə gözəl nemət, İslam nemətini göndərirəm. Və Allahın həmdini ki, O Allah, İbrahim, İshaq və Yəqubun məbududur. O Allahın həmdini sizə göndərirəm. Siz, bəndəpərəstliyə düşmüsünüz lakin mən sizi Allahın pərsətişinə çağırıram. Bir şəxsin, bir insanın pərəstişindən Allahın pərəstişinə çağırıram və sizi Allah vilayətinə dəvət edirəm. Bu həmən məktubun axırı idi. Bu məktuba cavab olaraq onlar bu heyəti göndərirlər. Onlar gəlib peyğəmbərlə bəhs edirlər və qeyd etdiyimiz mubahilə hadisəsi bununla baş verdi. Bu hədisdə əlavə söz, bu cərəyandır. Bu qrup yığılır, məşvərət edirlər və məşvərətdən sonra qərar gəlirlər ki, Mədinəyə bir neçə nəfər göndərirlər. Sonra Əddurul Mənsurda ayrı bir hədisdə qeyd olunur ki, bu cərəyan yəhudilər haqqında idi, xristiyanlıq haqqında deyildi. Əllamə Təbətəbai bu hədis haqqında buyurur: Bu rəvayət göstərir ki, mübahilə ümumi bir şeydir. Düzdür xristiyanlar, Nəcran xristiyanları ilə baş tutub. Lakin mübahilə, belə bir dəvət etməkdir: Əgər sən haqqsansa Allah sənin sözünü qəbul edər. Mən haqqamsa Allah mənim sözümü qəbul edər. Bu təkcə Nəcran xristiyanlarına aid deyildi. Ümumiyyətlə İslam ummətinə bu bir fəzilətdir. Necəki Qədr gecəsi İslamın xüsusi meyvələrindəndir onu bu ümmətə Allah bəxş edib. Keçmiş ümmətlərdə Qədr gecəsi yox idi.  “leylətul Qədr xayrun min əlfi şəhr”. Bu, ancaq İslam ümmətinə bəxş olunub, əta olunub. Həmçinin mübahilə də İslam ümmətinə əta olunub. Hər bir şəxs İslamın həqiqətlərinin hər hansı birindən mübahilə edə bilər. Və bu tarixdə geniş bir cərəyandır onun nümunələri də var. Mərhum Əllamə Məclisi “Bihar”da bir neçə cərəyan gətirib. Bir hədis də başqa kitabdan nəql edək. Bu Əllamənin kitabından deyil. Bu hədis “Əliyyun fil kitabi vəs sunnə” kitabındandır. Kitab beş cilddir. Kitabın adı “Əli kitab və sünnətdə” dir. Onun müəllifi Hüseyn Şakiriyi Nəcəfidir. Müxtəlif hədisləri ayələri, müxtəlif mənbələrdən yığıb gətirib. Mübahilə cərəyanını bu kitabın üçüncü cildi 129-dan 140-a qədər olan səhifələrində qeyd edib. Yəni o kitabda 11 səhifə mübahilə hədisləridir. Orada bu hədisi Şeyx Müfiddən nəql edir. Şeyx Müfid də “Fusul” kitabında qeyd edib. Buyurur: Məmun Abbasi bir gün İmam Rzaya dedi: De görüm, Əlinin ən böyük fəziləti Quranda hansı ayədir? Yəni, həmən ayə Əlinin ən böyük fəzilətini göstərsin. Ətiullahdır? üzük vermə cərəyanıdır? hansı ayədir? İmam Rza buyurur: “Fəzilətuhu fil mübahilə - Onun mübahilə cərəyanında olan fəziləti.” Nə üçün? Çünki, bu cərəyanda imam Əli Peyğəmbərin özü, peyğəmbərin canı sayılıb. Heç bir fəzilət bu fəzilətə çata bilməz. Bu həminin fəzilətdir ki, peyğəmbər İmam Əliyə buyurdu. Bu cərəyan Nəhcül Bəlağədə də var. “Əli mən nəyi görürəmsə, sən də onu görürsən. Mən nəyi eşidirəmsə, sən də onu eşidirsən. Mən harasa getsəm özümü (yəni səni) yerimə qoyub gedirəm.” Peyğəmbər Əli haqqında danışdığı zaman buyurur: Mən özümü qoyuram, gedirəm. Bu həmin cərəyandır. Quranda Əli haqqında ən böyük fəzilət mübahilə ayəsidir. Bu hədisləri burada Əllamə qeyd edib. Daha sonra bir nöqtə də vardır ki, onunla hədis cərəyanını bitirmək istərdik. O nöqtə də budur ki, mübahilə cərəyanı müxtəlif kitablarda nəql olunub. Biz bir hissəsini nəql etdik. Məhəmməd ibn Abbas ibn Mərvan adlı müəllif belə bir kitab yazıb. Bu kitab Quranda peyğəmbər haqqında və peyğəmbərin Əhli Beyti haqqında nazil olan ayələr haqqında yazılıb. Orda qeyd edib ki, Mübahilə cərəyanının 51 sənədi vardır. 51 sənədlə yetişir bu cərəyan sənədlidir. Ki, bu bəzisi səhabələrdən nəql olunub peyğəmbərin səhabələrindən. Bu 51 sənədli hədisdir. Və bunu peyğəmbərin səhabələri nəql ediblər. Buna hədis kitablarında bəzisi ad verir. Birini isə İmam Həsənin özü nəql edib. Osman ibn Əffan, Səd ibn Əbu Vəqqas, Bəkr ibn Simal, Təlhə, Zubeyr, Əbdurrahman ibn Ofv, Abdullah ibn Abbas, Əbu Rafe, Cabir ibn Abdullah, Vəra ibn Nasib, Ənəs ibn Malik və s. bunlar da nəql ediblər ki, bu cərəyan baş tutub. Bu zaman peyğəmbər 4 nəfəri özü ilə mubahiləyə aparıb. Kitab da həmən o kitabdır. Buradan aydın olur ki, mübahilə cərəyanı elə bir cərəyandır ki, heç kim bu cərəyanı inkar edə bilməz və bu Peyğəmbərin Əhli Beytinin böyük fəzilətidir. O qədər fəzilətİ ki, təkcə nümunə kimi möminlərdən ayırıb aparıb deyil. Peyğəmbərin bir həmkarı kimi peyğəmbər onları bu mübahilə cərəyanına aparıb. Belə olduğu halda görürük ki, bəzi kitablarda mübahilə cərəyanına soyuq yanaşırlar. İnsan az sənədi sübutu olan bir şeyə soyuq yanaşa yenə eybi yoxdur. Bu bəzi kitabların guşəsində yazılanlardan olsa yenə eybi yoxdur. İnsan bir günəşi günorta çağı inkar etsə daha bu normal demək deyil. Təfsiri əl Mənarda Məhəmməd Əbduhun sözlərini Rəşid Rza yazıb. O, Misir alimidir. Burada təəssüf olsun ki, həmən kitablar onun əlində deyildi. Bu ayələri yazanda da həmən mənbələr kitabxanasında az idi. O, qeyd edir ki, Mübahilə ayəsinin rəvayətləri 5 kimsəyə aiddir, ancaq şiə kitablarında nəql olunub. İttiham olunmasın deyə orada eyni sözləri qeyd edib. Lakin əvvəl fikri ilə sonraki fikri üst üstə düşmür. Buyurur: Hədislərin hamısının ittifaqı vardır. Bu təfsirdə başlığı belə başlayır. Hədislərin ittifaqı bunda idi ki, Peyğəmbər mübahilə üçün Əli, Fatimə və Fatimənin iki övladını seçdi. Sonra isə qeyd edir ki, nisaəna Fatiməyə buyurulub. Özümüz Əli əleyhissəlama, övladlarımız da İmam Həsən və imam Hüseynə aiddir. Bunu qeyd edəndən sonra ittifaq kəliməsinə diqqət edin. Sonra yazır ki, bu rəvayətlərin hamısını, ancaq şiə alimləri nəql edib. Buradan biz bilirik ki, bundan məqsəd nədir. Sonra ona rəvayətlər qoşub çalışıblar ki, müsəlmanların dillərində yaysınlar. Bu cərəyanı Əhli Sünnətin içərisində də yayıblar. Bu hədisi sona qədər nəql edib. İnsan bu kitabı oxusa ona hər şey məlum olar. Əl-Mizanda da bu sözləri Əllamə qeyd edib. Bu kitab barəsində iki bəhsi qeyd edək. Bəhsimiz də budur – biz istərdik ki, həmən ayələri boş həvəsələ məna etməyək. Buna müstəqil dəlil gətirməli, məntiqlə yanaşmalıyıq. Görək bu, məntiqlə yanaşmadı ya yox. Özü isə bəhsin əvvəlində ittifaqa etiraz edir. Bu məsələyə icma və ittifaq var. Necə olur ki, icma olur sonra buna düzəltmə hədislər deyillər. Bu düzəltmə hədislər Səhihi Müslimdə, Səhihi-Tirmizidə və başqa hədis kitablarında ola-ola buna düzəltmə deyirlər. Onlarda da düzəltmədi? Yəni Səhihi-Müslimin və Tirmizinin o hissələri səhvdir? Bu rəvayətlər bir iki dənə deyil ki, düzəltmə desinlər. Əgər bir nəqlin 51 sənədi olsa əql bunu qəbul eləmir ki, bu düzəltmə bir şey olsun. Təfsirçilər bəziləri özləri də hədis əhli idilər. Onlar hədis əhli ola-ola biz onlara deyək ki, bunlar çaşıblar və ya bilməyiblər. hədis haradan düzəldilib məlum deyil lakin onlar bunu öz kitablarında gətiriblər. Məsələn Təbəri, Cəlaləddini Suyuti və.s. Onlar hədis alimləri idilər. Hədis araşdıran idilər. O zaman gərək deyək ki, bunlar hədis araşdırmasını bacarmırdılar. Əgər bunu desələr və qəbul olunsa o zaman bir alimin şəxsiyyətini sındırırlar. Məqsədimiz budur. Belə isə bunları kim düzəldib? Əgər deyirlərsə bu hədisləri düzəldiblər sonra kitablara yerləşdiriblər bəs onda kim düzəldib?. Bəlkə bunları peyğəmbərin səhabələri düzəldib. Yəni ibn Abbas və ya Səd ibn Əbu Vəqqas, Cabir ibn Abdullah ya o biri səhabələr düzəldib? Bu səhabələrə təhqir deyil? Səhabələr hədis düzəldirlər ya tabeinlər? Onlar İslam aləmində böyük şəxsiyyətlər idi. Onlar düzəldiblər? Burada Məqsəd kimdir? Bəlkə bunu Səhihi Muslim düzəldib yazıb öz kitabında.? Ya məqsəd budur ki, bunu Səhihi Muslimə sonradan qoşublar? O lap pis olar. Onda haradan bilək ki, bəzi hədisləri sonradan qoşublar? Çünki, sonradan qoşulmuş hədisi nəql edənləri və buna bənzər bütün hədis nəql edən şəxsləri ki, başqa sahələrdə də gərək qəbul etməyəsiniz. O zaman bu hədisi nəql edən özündən hədis qoşan kimi qəbul edilməlidir. Əgər səhabələr qoşublarsa gərək o səhabələrin başqa sahədə olan hədislərini qəbul etməyəsiniz. Onlar etibardan düşməlidir. Əgər o kitabları kitab əhli olanlar qoşublarsa onlar qoşan hədis qoşandırlar, yalançıdırlar, Rəsulullaha ittiham vurandırlar. Onların başqa sahədə də hədisləri etibardan düşür. Olmaz ki, bir hədis sərf etməyəndə deyəsən ki, bu hədis uydurmadır. Sərf edəndə isə deyəsən, Yox. Bu çox böyük hədis kitabıdır. Əgər bir kitab mötəbər hədis kitabıdırsa, onda gərək beləsinə məntiqi yanaşasan, nəinki seçəsən. Çünki, bu mənə sərf etmir o zaman burada qoşma var. Bu çünki, mənə sərf edir, burada qoşma yoxdur. Belə olmaz. Səhihi Muslim əgər sənəddirsə buda sənəddir. Əgər sənəd deyilsə onda peyğəmbərin bütün sirəsi, sünnəti qalmaz. Çünki, peyğəmbərin sirəsini və sünnətini bu adamlar nəql ediblər. Hansı ki, siz onlara hədis qoşan deyirsiniz. Bunu başqaları nəql etməyib. Həmin bu şəxslər peyğəmbərin sünnətini bizə çatdırıblar. Bu şəxslər yalançı olsalar onda deməli əslində peyğəmbərin sünnəti yoxdur. Yalançı kimdir? Gərək aydınlaşdırılsın ki, hədisi kim qoşub. Səhabə, tabein, kitab müəllifləri ya sonradan gələnlər. Hansı ehtimalı götürsələr yenə də İslama böyük ziyan yetirmiş olarlar. Kitablarımız etibardan düşər. Səhabələrimiz etibardan düşər. Görürsünüz ki, bəzən bir sıra insanlar islam hədislərini, islam kitablarını yersiz xələlə, ziyana salırlar. Əgər biz Səhihi Müslimə istinad edə bilməsək burada gərək heç yerdə istinad etməyək. Bu zaman biz, yersiz olaraq bu kitabı bu cür vəziyyətə salarıq. Bu hədis araşdırmaqdır ki, ya insan gərək hədisə məntiqlə yanaşsın və ya məntiqlə yanaşmayıb deyə bu hədisləri nəql ediblər. Çünki, biz hədis mütəxəssisi deyilik. Bilmirik bu hədis düzdür ya düz deyil. Lakin onu böyük-böyük Əhli sünnə alimləri nəql ediblər. Zəməxşəri kimi şəxsiyyət Kəşşaf təfsirində nəql edib. Bu, böyük təfsirlərdən biridir. Böyük hədis həcm baxımından böyük demək deyil. Yəni, bu dəyərli təfsirlərdən biridir. Biz ondan nəql edirik. Birinci cilddə səhifə 370-də buyurur, bu elə bir dəlildir ki, heç bir dəlil bundan güclü deyil. Bu Ali Əbanın fəzilətidir. Mübahilə cərəyanı bunların fəzilətinə aid olan dəlillərdir. Quranda bundan böyük dəlil, sübut yoxdur. Və həmçinin bu peyğəmbərin nübuvvətinin düzlüyünə, peyğəmbərliyinin düzlüyünə bir sübutdur. Görürsünüz ki, O, böyük bir təfsirçidir. Belə çıxır O bu hədisi nəql etdiyi üçün hədis qoşan sayılır? Buna bənzəyir “Hər kim mənim istəyim ilə danışmasa yalançı olar.” ? Bəzən Haqq ilə həvəs tətbiq olunmaz. Haqq ayrı olar həvəs isə ayrı. İstək ayrı olar, düz ayrı. Mən xəstəyəm istəyim isə budur ki, yağlı yemək yeyim. Amma düz budur ki, insan xəstə olanda yağlı yemək yeməz. Sağalmaq üçün Acı dərmandan istifadə edər. Acı dərman bu demək deyil ki, haqq deyil. Biz dəlil övladlarıyıq, bizi dəlil hara aparsa ora getməliyik. Quranın məntiqi budur. Quranın məntiqi hətta budpərəstlərə də budur ki, düz deyirsənsə sübüt gətir. Yəni Budpərəstliyinizlə işimiz yoxdur. Budpərəstliyinə bünövrən olsa, sübutun olsa de biz də ona qulaq asaq. Bu hədis cərəyanları  mübahilə ayəsini bu cürlə bitirir. Mubahilə ayəsi Quran ayələrindən bir ayədir. Bu ayə bizə peyğəmbərin zəhmətini də göstərir ki, peyğəmbər haqqı çatdırmaqda nə qədər əziyyətlərə dözüb. Hətta o qədər əziyyətlər dözür ki, öz Əhli Beytini hazır olur bu cərəyanda fəda etsin. Bu bizə səbr dərsi də verir, dözüm dərsi də verir ki, Rəsulullahın dözümü bu həddə qədər idi. Bu dözüm haqqında mühüm hədislər vardır. Buyurur, səbr imana bədəndə baş misalındadır. Əgər baş olmasa bədənin faydası yoxdur. Əgər səbr olmasa imanın da faydası yoxdur. Niyə dözüm olmasa imanın faydası yoxdur? Çünki, dözüm olmasa iman əldən gedər. İnsanın imanı olduğu zaman şəhvət hissi oyansa, insanın imanı olduğu zaman qəzəb hissi oyansa, insanın imanı varsa onda xəyal hissləri oyansa, əgər dözümü olmasa o hisslər imanını aradan aparar. günah qarşısına çıxan zaman, imanı yavaş-yavaş əriyər. Necəki iman yavaş-yavaş gələr, yavaş-yavaş da gedər. İman insana nə ilə gələr? -Saleh işlərlə. İman nə ilə gedər? -Günahlarla. Səbr olmasa həm saleh iş görməyə, günahlardan çəkinməyə, itaətlərə dözməyə, üsyanlardan qaçmağa, Allaha bağlanmağa, nəfsdən qaçmağa, bunlara dözüm olmasa insanın imanı olmaz. Baş bədəndən ayrılar. Baş gedəndə bədənin faydası yoxdur. Dözüm imanın başıdır. Ona görə bu mübahilə cərəyanı dözüm cərəyanıdır. Bu da burada bir dərsdir. Təkcə Məşvərət cərəyanı deyildir. Əhli Beytə fəzilət, Əhli Beytin peyğəmbərlə həmkarlığını , Əhli Beytin Peyğəmbərə inamını göstərən bir cərəyandır. Bunlardan əlavə bizə də böyük dözüm və səbr cərəyanıdır. Səbr haqqında bir çox sözlər var. Səbr haqqında bir cümlə də qeyd edək. Aşurada imam Hüseynin səbrinə mələklər təəccüb etdilər. Dedilər: bir insan bu qədər səbrli ola bilər? Bu insanın hər şeyi, zahirən bütün istəkləri əlindən gedib. Onun hər şeyi Allah idi. Dünya gözü ilə, balası, övladı, ailəsi, öz səhabələri hamısı əlindən gedirdi. Lakin deyirlər ki, nə qədər şəhadətə yaxınlaşırdısa o qədər çox sevinirdi. Onun Səbri üzündən görünürdü. Axır vaxtında axırıncı cümləsi budur. “Allahım, sənin qəzana razıyam, əmrinə təsliməm.” Bu Rizayət, hətta səbrdən də üstündür, yuxarıdır. İnsan mümkündür bir çətinliyə səbr etsin. Lakin ürəyi istəmir səbr etsin. Zorla özünü səbrə məcbur edir. Səbr budur, insan zorla özünü qəbul etdirsin ki, belə olmaz gərək başqa cür olaydı. Buna səbr deyirlər. Bunun içində acılıq var ağırlıq var, əziyyət var. Səbr bu cürdür. İmam isə səbr əhlindən yuxarı idi. İmam rizayətdə idi. Rizanın içində şirinlik var, istilik var, eşq var. Səbrin içində isə əql var. Səbrdə dözür. Rizada isə aşiqlikdir, şirinlikdir. Səbr də isə acılıqdır. Bu səbr dərsini imam Hüseyn (ə) bizə vermişdi. Və o qədər səbr idi ki, hətta mələklər İmamın səbrinə təəccüb etdilər.

 

Dəvətin əqrəbadan başlanması

Şuəra surəsində 214-cü ayədən, 220-ci ayəyə qədər. “İnzar” ayəsi adlanır 214-cü ayə. Çünki, 220 ci ayəyə qədər birbiri ilə əlaqəsi var. Əvvəl lüğətlərini qeyd edək. “Ənzir” kəlməsini qorxut mənasında qeyd ediblər. Nəzir, Munzir – qorxudan deməkdir. Nəzərə isə ayıldan kimi qeyd olunur. Peyğəmbərin iki işi var idi. Bir bəşir idi, bir nəzir idi. Bəşir müjdə verir. Bir növ rüştə tərəf aparır. Kamal göstərir. Nəzir də ayıldır. Lakin, Quyuya, dərəyə düşməkdən ayıldır. Ayıltmaq bəzən qorxutmaqla əlaqəlidir. Ona görə nəziri qorxudan kimi məna ediblər. Ənzir - qorxut. Peyğəmbər, yaxın əqrabanı ayılt. Aç qanadlarını. Qanadların onları tutsun əhatə etsin. O kəslərə ki, sənə tabedirlər. Möminlərdən sənə tabe idilər. Necə ki, toyuq cücələrini qorumaq üçün qanadlarını açıb qanadlarının içində saxlayar sən də onlar üçün o cür ol. Qanadlarının altında onları böyüt. Qanadlarını onlara əhatə etdir ki, onlar da o qanadlarının altında tərbiyəli olsunlar. Əgər üsyan etsələr, sözünə baxmasalar de, həqiqətən mən sizin etdiyiniz işlərdən uzağam. Onların üsyanlarından uzaq ol. Və bu uzaqlıqdan narahat olma. Təvəkkül et o Allaha ki, Əzizdir - yəni sınmayan qüdrətə malikdir. Ona görə onların üsyanı sənə ziyan yetirməz. Sənə tabe olanlar isə Rəhimdir, rəhmətə malikdirlər. Onun rəhmətindən sənə gəlib ki, sən də onu tabe olan möminlərə çatdırırsan. Sən həm də Allahın qüdrət simvolusan, çünki O, Allah - Əzizdir. Üsyan edənlərdən uzaq olsan sənə ziyan çatmaz. Həm də Sən Allahın rəhmət məzhərisən. Ona görə möminlər sənə tabe olublar ki, onlara rəhmət göstərə biləsən. Çünki, Sən Əziz və Rəhim tərəfindən rəsulsan. O Əziz və Rəhim səni hər zaman görür. Səcdə edənlərin içində oturub durursan. O, Allah eşidən və biləndir. Əvvəl ayəni izah edir. Birinci ayədə yaxın əqrabanı ayırd edir. Bu nə ayıltmasıdır ki,? Allah əmr edir: Yaxın əqrabanı ayıld. Əgər Peyğəmbər ayıldmalıdırsa, məgər İslam əqraba dinidirmi? Axı, İslam hamı üçün gəlib. Allah Quranı bütün aləmləri ayıltmaq üçün nazil edib. Furqan surəsinin birinci ayəsində Allah buyurub: “Bərəkətlidir, bərəkət sahibidir o Allah ki, öz bəndəsinə furqan nazil edib ki, aləmlər üçün nəzir, ayıldan olsun.” O, aləmlər üçün nəzirdirsə, ayıldandırsa. Deməli bu bütün aləmlər üçündür. Təkcə insan üçün yox. Aləmin varlığında cinlərdə var. Çünki, O, aləmlər üçün nəzirdir. Bu ayə ilə necə uyğun gəlir? “və ənzir əşirətəkəl əqrəbin”. Yaxın əqrabanı ayıld. Bu ayədə təzadlıq varmı? Başqa ayələr də var. Buyurur, siz hamıya hidayətsiniz. Aləmlərin hamısına rəhmətsiniz. Quran hamı üçün gəlib ona görə müraciətlərində buyurur: ya əyyuhəl ləzinə amənu, hətta deyir ki, ya əyyuhən nas rəbbinizə ibadət edin. Əqrabanın bununla nə əlaqəsi var? əqrabanı ayıldmaqla hamını ayıldmağın fərqi nədir?. Peyğəmbərin bu iki nöqtəsini çatdırır. Birinci nöqtə budur ki, din zəhmətlərini insan gərək əvvəl öz yaxınlarına dadızdırsın. İnsan ilahi tapşırığında dəvətinə,  istəyirsə nəfsin sözü ilə müxalifət etsin bu zaman başqalarından bunu gözləməməlidir. Əvvəl yaxınlardan gözləməlidir. Ən yaxın özüdür, əvvəl özündən başlamalıdır. İlk təbliği insan özünə etməlidir. Ona görə rəsulullah ilk nəfis ilə mübarizəni, ilk Allah tərəfinə keçməyi özü ilə başlamışdı. Hər il bir ay Hira mağarasına gedirdi, yəni özü ilə tək olmaq üçün. İnsan dini dəvətdə fərq qoymamalıdır. Əgər bir şey pisdirsə onu əvvəl övladından başlamalıdır ki, bu pis işdir. Yox əgər mən uzaq bir şəxsdə, biganə də görürəmsə onda pis olur, lakin övladımda o varsa hələ ona göz yumuram. Allah yoluna getməyi insan özü ilə başlamalıdır. İlk addımda özünü insan tərbiyə etməlidir, özünü paklığa tərəf aparmalıdır və bu etabla getməlidir. Buna görədə “ənzir əşirətəkəl əqrəbin, lil aləminə nəzirə” ilə təzadlığı yoxdur. Belə deyil ki, peyğəmbər əgər öz əqrabasını ayıldır bəs aləmi ayıltmayacaq. Belə deyil ki, peyğəmbər əgər hidayət tapıb, risalətə yetişib, nübuvvətə yetişibsə bu onun özünə bəsdir. Yox. Peyğəmbər, meraca getdi ki, qayıdıb özü ilə bizi də aparsın. Peyğəmbər paklaşdı ki, qayıdıb bizi də paklaşdırsın. Saleh başqalarını da saleh edər. Təmiz başqalarını təmiz edər. Ona görə ilk dəvəti buradan başlayırdı. Allahın əmri ilə əqrabasını, yaxınlarını ayıldırdı. Bəzi şeylər insana çox asandır çünki, tamaşaçıdır, çünki, O, uzaqdan baxır. bir şəxs günah iş gördüyü zaman başqası ona rahat deyir ki, niyə o günah iş görür, görməməlidir, səhv iş görür, əyri iş görür. Özünün isə günah iş görməyinə rahat deyil. Özünə mənsub olanların günah iş görməyinə rahat deyil. Ağırlığı var. Çünki, orada daha tamaşaçı deyil, orada özü də oyunun içərisindədir, çətinliyi özü görür. Mən başqasının səhvini rahat deyə bilirəm, lakin özümün səhvini çətin deyə bilirəm və çətin apara bilirəm. Başqasından paklanmağı gözləmək rahatdır. Özümdən, öz uşağımdan, öz əmimdən gözləyim ki, pak olaq bunun ağırlığı vardır. Adətən insanlar özlərindən çox başqalarından gözləyərlər təmiz olsunlar. Özlərinin təmizliyini, öz yaxınlarının təmizliyini fikirləşməzlər. Çünki, ağırlığı var. Adam öz qardaşını paklığa tərəf dəvət etməsi çətindir. Çünki, istər istəməz bunun ağırlığı var. Lakin bir biganəni dəvət etməyin ağırlığı yoxdur. Dəvətdir, birdən baxmadı. Deyərəm: nə pis adamdır baxmadı. Lakin özümə deyə bilmirəm ki, nə pis adamam. Yaxınıma deyə bilmirəm ki, nə pis adamsan. Çünki, hissiyatım, övlad sevgim, yaxınpərəstliyim qoymur insan paklığı oradan başlasın, bu ağırdır, zəhmətlidir. Ona görə bizə dində tapşırıblar, ələykum ənfusəkum (Maidə 105). Əvvəl siz özünüzü təmizləyin. İmam Əli Nəhcül Bəlağədə buyurur, Əgər istəyirsinizsə başqalarına təlim verəsiniz birinci özünüzə təlim verin. Birinci özünüzə ədəb verin. Əgər peyğəmbər xurmanı uşağa çox yeməməyi təklif edirsə, birinci özü yemir sonra sabahsı buyurur: sən də yemə. Bu zaman istəyir ki, hazır olan insanlara ədəb versin. Yəni insan əvvəl özü bir işi tərgidər, sonra başqasına tərgitməyi göstəriş verər. İnsan ilk o yaxınlarına, dostlarına, ilk onlara pis işi tərgidər. Əşirə, müaşirət sözündəndir. Müaşirət, yəni onlarla gedib gəlirsən, oturub durursan. İnsan adətən yaxınları ilə gedib gələr onlara əşirə deyilər. Əgər insan onlara deyə bilməsə, ağzı işləməsə məlumdur olur ki, hələ qalır. Adamın ağzı başqalarına tez işləyə bilər, özünə isə çətin. Mən özümün günahımı çətin boynuma ala bilirəm. Mən qardaşımın günahını çətin boynuma ala bilirəm ki, O səhv edir. Başqaların günahını isə rahat boynuma ala bilirəm. Mənə bir ağırlığı yoxdur, bir az da mənim nəfsimə yaxşılığı var ki, onlar gör nə pisdirlər, mən isə yaxşıyam. Onlarda pisliklər var məndə isə yoxdur. Başqalarının eybini axtarmaq nəfsani istəklərdən də irəli gələr. Amma, insan özünü təmizləməyə başladığı zaman başqalarını təmizləyəndə onda nəfsani istəklər olmaz, çünki özü əvvəl o mərhələdən keçib, özü özünü tərbiyə edib. Ona görə ənzir əşirətəkəl əqrəbin. Yəni məsuliyyəti birinci onlardan başla ki, onlarla çox gedib gəlirsən. Onlarla Müaşirətin çoxdur. Çünki, onlara başqasına nisbətən təsir imkanın çoxdur. Sən uşağınla gündə 3-4 saat vaxt keçirirsən və ya çox vaxt keçirirsən. imkanın onunla danışmaqda çoxdur. Bir də mənimlə, həftədə yarım saat görüşürsən. Yəni məsuliyyət ən yaxından başlayır. Mümkündür, biz yolu göstərdik O isə ya gedir ya da qalır. Gedib qalmaq onun öz işidir, lakin çatdırmaq mənim işimdir, sənin işindir. Hər insan, Allaha və Qurana inanıbsa bu onun işidir. Bu ənzir əşirətəkəl əqrəbin deməkdir. Bu cərəyan nədir? Allah buyurur: “Ənzir əşirətəkəl əqrəbin”. Peyğəmbər mütləq bu əmri yerinə yetirib. Göstəriş mütləq həyata keçib. Allah bir əmri edir, peyğəmbər Allahın əmrindən boyun qaçırmaz. Bu əmri Allah edibsə yaxınlarını ayıld. Bu harada baş tutub? Tarixdə, təfsirdə bu əqrabasını ayıldmaq cərəyanı varmı?. Bu hadisə baş tutubmu? Buyururlar bəli. Təfsirçilər və tarixçilər hər iki qrup qeyd edir ki, bu ev hədisinin cərəyanıdır. bu ayə nazil olduğu zaman, peyğəmbər Bəni Haşimi yığdı. Öz yaxın əqrabasını çağırdı. Bəni Haşimi, yaxın əqrabasını yığandan sonra 45 nəfər oldu deyirlər, 40 nəfər də qeyd ediblər. Yığandan sonra ilk yığıncaqda Əbu Ləhəb peyğəmbərin əmisi bu yığıncağa maneə oldu.

 

OXŞAR VIDEOLAR