Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 15 (a)

Qurba da məqsəd kimlərdir?

İnsan hələ ölməyibsə başqasına öz əməlini bağışlaya bilər. Allahın əlindən alar Şeytana verər. Çünki, məsələ yalnız əməl vaxtı deyil. Əməli saxlamaq edilməsindən çox mühümdür. Binanı tikmək bir şeydir, binanı qorumaq isə başqa bir şeydir. Ola bilər insan binaya çata bilməsin, yağış yağsın təzə tikilini su yuyub aparsın. Yeni tikilən bir tikintiyə sel gəlsə dağılar. Heyvanlar bünövrələrində yuva düzəldsələr çürüyər. Bizim də qəlbimizdə çoxlu heyvanlar var orada yuva düzəldərlər. Çoxlu insanlar qəlblərimizdə yuva düzəldərlər. Bizim əməllərimiz onlar üçündür. Onların istəyi bizim işlərimizdə meyar olar. Nəinki Allahın istəyi meyar olar. Deyərki, filankəs belə bəyənir. Ola bilər o filankəs də yaxşı adam olsun, lakin mənim meyarım gərək onun bəyənməsi olmasın. Həzrəti İsa(ə) yüksək bir dərəcəli idi. Lakin İsanı Allah hesab edənlərin meyarları batil idi. İsa(ə) peyğəmbər idi. Ona görə insan işini Allah üçün görməlidir. Hətta sağlam bir insan üçün də yox. İşin meyarı Allahdır. “Mən sizdən əcr istəmirəm.” Bu müxtəlif ayələrdə peyğəmbərlərdən nəql olunub. 109-cu ayədə Həzrət Nuh haqqında oxuyuruq. Nuh peyğəmbər qövmünə buyurur: Qardaşlarım, Qövmünə nisbət özünə qardaşlıq hissi idi. Buyurur, onların qardaşları gəldi onlara dedi ki, təqvalı olmusunuzmu? Özünüzü düzəltmirsiniz? Təqva paltarını geyinirsiniz yoxsa istəyirsiniz elə paltarsız yaşayasınız? Bədən soyuqda paltarsız yaşadığı zaman ona soyuq da dəyər, onu günəş də yandırar. Bədənin təravəti gedər. Buyurur, bədəninizə paltar geyinmirsiniz. Təqvanı bədəninizə geyinin ki, zay olmasın. Necəki paltar insan bədənin isti soyuqdan saxlayır, Təqva da insanı məcazi isti soyuqlardan saxlayar. İnsanın daxilinə keçə biləcək hər hansı təhlükədən saxlayır. İnsan özünü kontrol edə bilməsə getdikcə əsir olar. Nəyə əsir olar? Ayağına, gözünə, qulağına. Təqva, yəni əmir olmaqdır. Təqva, yəni əsirçilikdən qurtarmaqdır. Biz özümüzə diqqət etsək görərik ki, bəzən əsarət zəncirləri hərəkətlərimizi, davranışlarımızı da nəzarətsiz edib. Danışıqlarımız nəzarətsiz olduğu zaman, bəzən sonradan peşman oluruq. Sonradan peşman oluruq ki, niyə belə danışdım. Buyurur, təqvalı olmusunuzmu? İnsanın kamalında, ruştunda meyar təqvadır. “Sizin daha əziz olanınız Allaha təqvası olandır.”

( Hucurat 13). Nə qədər nəzarətiniz çox olarsa o qədər də əziz olarsınız, kərim olarsınız, üstün olarsınız. Buyurur, mən bu sözü dedim, çünki, elçi idim, sizə bunları çatdırmalıydım. Özüm də əminəm. Əmanəti sizə çatdırmalıydım. Ona görə istəmədim sözümü əskildəm deyəm ki, eybi yoxdur bir az təqvalı olun. Xeyir! Nəyi möhkəm bilirdimsə onu da dedim. Mən rəsul və əminəm. Rəsullar iki cür ola bilər. Ola bilər bir şəxs elçidir, lakin sözlərindən kəsir. Sözünün hamısını deyə bilmir. Buyurur, Xeyir! Mən o cür deyiləm. Əmin olan Rəsulam. Nəyi deyirlərsə onuda çatdırıram. Ona görə də yenidən deyirəm, təqvalı olun və mənə itaət edin, sözə baxın. Və bunu da bilin ki, mən bu sözü siz təqvalı olun, sözə baxın deyə deyirəm. Mən burdan bir mənfəət güdmürəm. Yəni bunun müqabilində sizdən hər hansı bir şey istəmirəm. Bəzən İnsanlar bir söz təklif edəndə təkliflərinin sonunda öz maraqları durur. Təklifin əvvəlləri də özüdür, axırı da özüdür. Məsələn, bir təklif edir. Təklifin xeyri zahirdə insanın özünədir. Batininə getsən, görərsən ki, məqsəd elə onun özüdür. Buyurur, mən o cür təklif verən deyiləm. Bu işin əvvəli mənəm, axırı isə özünüzsünüz. Mənim təklifimin əvvəli mənəm axırı isə özünüzsünüz. Bu övlada ata, ana təklifi kimidir. Atanın ananın övladına təklifi əvvəl özüdür, axırı övladıdır. Rabitə belədir. Təklifdən özünə xeyir qayıtmır. Övladı rüşt etmək, inkişaf etmək istəyir. Valideyin istəyir ki, övladı zay olmasın. Təklif atadan, anadandır, lakin bunun xeyiri övladadır. Övlada xeyirin meyyarı nədir? Çünki, övladından heç nə güdmür. Amma bəzən biz təklifi başqasına veririk lakin əvvəli də özümüzük, axırı da. “Sizdən Əcr tələb eləmirəm.” Əcr tələb eləmirəm o demək deyil ki, başıma hava gəlib. Vaxtımı boşuna tapmışam. Mən ayrı şəxslə alver edirəm. Mən bilirəm kimlə alver edirəm. Mənim aləmlərin Rəbbindən əcrim var. Mən onun elçisiyəm. Ona görə sizdən əcr istəmirəm o demək deyil ki, boş iş görürəm. Belə ayələr Quranda peyğəmbərlərin çoxu haqqında nəql olunub. Bu hamısında təkrar olunub. Quranda bir neçə peyğəmbər haqqında bu ayələr var. Təqva, itaət, rəsulun əminliyi, əcrin istəməməyi. Bu Quranda təkrar olunub. Məsələn birini də qeyd edək. Hud(ə) peyğəmbər Ad qövmünə gəlmişdi. Həmən söz buyurulub. Təqvalı olmusuz? Məlumdur olur ki, burada təqva mühim rol oynayır. İnsanın həyatında peyğəmbərlər hamısı təqvadan başlayır. Buyurur, özünüzü tərbiyə etmirsiniz? Təqva, yəni özünü tərbiyə etmək. Təqva, yəni bəs deyil? Mən sizə əmin olan rəsulam. İnsan doğurdan da mənfəət güdmədən başqasına nəsihət edə bilər. Mənfəət güdsə bu nəsihət deyil. Əvvəli Nəsihət edən özü olar, axırı isə nəsihət ediləndir. Nəinki, əvvəli özü, axırı da özü olar. Peyğəmbərlər o cürdür. Peyğəmbərlər bizə bir söz buyururlarsa bizə ehtiyacları var demək deyil. Çünki, onlar “Allahus səməd” ilə əlaqədə idilər. Allah bizə bir söz buyurursa bizə ehtiyacı yoxdur, çünki özü Saməddir. Ehtiyacı yoxdur. Mənə bu işi gör bu işi görmə buyurmasında ehtiyacsızdır. Bu demək deyil ki, mən bu işə görsəm xeyiri ona çatar, görməsəm ona ziyan çatar. Göylərin və yerin qoşunu Allahındır. Mən öz ağzımla danışıramsa oda Allahındır. Allah Taala elə edə bilər ki, həmən sözü özümün əleyhinə danışım. Çox insanlar danışdığı zaman bəzən öz əleyhlərinə danışırlar və onların abırları gedir. Bu elə həmən öz ağızıdır. Lakin o da Allahın qoşunudur. Bəzən həmən öz ayağıdır elə nəzarətdən çıxır və aparır. Həmən əldir, sonra peşman olur ki, niyə filankəsi vurdum. Mən bu əlimi niyə qaldırdım. Həmən əl, Allahın qoşunudur. Allah istəyəndə o da mənim əleyhimə çıxır. Ona görə Allah Saməddir - Allah ehtiyacsızdır. Mənim öz vasitələrim də özümün əleyhinə çıxa bilər. Ona görə Quran buyurur, bəzən dəri də insanın əleyhinə şəhadət verər. O zaman İnsan dəriyə deyir: Sən də mənim əleyhimə şəhadət verirsən, günahlarımı sayırsan, axı sən mənə məxsussan? Dəri deyir, axı mən özümdə deyildim, məni danışdırırlar. Mən başqasınınkıyam. Mən Allahınam. Allah yolunda iş görməyin meyarı başqasından əcr gözləməməkdir. Bu meyardır, bu ölçüdür. Ona görə başqasının mənim sözümə baxıb baxmamağı mənim halımı dəyişməməlidir. Bu mənada ki, O mənim sözümə niyə baxmadı. Halımı dəyişməlidir bu mənada ki, haqqın sözünə niyə baxmadı. Bunlar incə sözlərdir. Bunların fərqləri çoxdur. Birində qürur var, birində isə Allaha bəndəlik. Haqqın sözünə baxmadı, yəni bir gün özümü də danlaya bilirəm. Birində Nəfslə mübarizə vardır. Amma birində təkəbbür var, eqoistlik var. Niyə mənim sözümə baxmadı? Peyğəmbər buyurur, mən sizdən bir əcr istəmirəm. Dedik ki, elə meyyar budur. Lakin burada bir əcr istəyir. O Əqrabaya məhəbbətdir. Bu nə əcrdir? Təfsirçilər barəsində 45 nəzəriyyə qeyd ediblər. Bəziləri 4 nəzəriyyəni bir yerə yığıblar. Bu əqrabaya məvəddət nə deməkdir ki, risalət muqabilində əcr olmuşdur. Bu ayə haqqında bir müqəddimə qeyd edək. Quran ayələrinin hamısının bir-biri ilə əlaqəsi vardır. Əgər bir şəxs Quranın bir ayəsini götürsə, başqa ayələrini götürməsə O, Qurandan danışmır. Çünki, Quranın ayələri bir-birlərini məna edir. Bəziləri bəzilərini təfsir edir. İmam Əli(ə) Nəhcül Bəlağədə buyurur, ayələrin bəzisi bəzisinin üzərində danışır. Ona görə bəzi şəxslər, bir sıra ayələri götürür, başqa ayələrə isə göz yumurlar. Bu zaman onlar Quranı götürmürlər. Onlar özlərinin nəfsi istəkləri ilə Qurandan faydalanırlar. O zaman bir ayədən yapışıb deyirlərsə Allahdan başqasını çağırmaq olmaz, amma Quran başqa ayələrdə buyurur ki, mənim yanıma gələndə vəsilə ilə gəlin. Məlumdur ki, o vəsilə Allahdan başqasını çağırmamaqdır. O ayə ilə bu ayənin təzadlığı yoxdur. Onu götürən bunu da götürər. Quranda mütəşabəh ayələr - ikibaşlı ayələr də var. İnsan bu ikibaşlı ayəni öz xeyrinə məna edə bilər. Öz nəfsinə görə məna etmək istəyər. Lakin o ikibaşlının bir başı möhkəm ayələrə bağlıdır. Həmən o ayələrlə əlaqədə olan o başı tapmalısan. Bu geniş bir bəhsdir. Bu məsələ də Quran ayələrini bir-birini nəzərə alaraq danışaq. Bir nəzər “Qurba” haqqında budur ki, burada məqsəd Allaha yaxın olmaqdır. Qurba - əqraba mənasında deyil. Elə bil peyğəmbər belə buyurur, məgər Allaha yaxınlığı sevəsiniz sizdən əcr istəmirəm. Məvəddət, yəni sevmək, qurba, yəni yaxın olmaq. Allaha yaxın olmağı sevmək mənim əcrimdir. Bəziləri bunu məna ediblər. Maraqlıdır bir sıra şəxslər bəzi ayələrə çatanda niyə onlara ayənin həqiqəti ağır gəlir? Quranda “qurba” heç vaxt yaxın mənasında işlənməyib. Qurba həmişə şəxslər mənasında işlənib. Quranda 15 yerdə qurba sözü var, bunlar hamısı əqraba mənasındadır. İnsanların əqrabası mənasındadır. Təkcə bu ayəni həsr edirlər. Mənası Allaha yaxın olmaqdır. Bunu bir kənara qoyaq. Ola bilər o ayədə bir günəş görüb, günəş ora saçıb ki, qurba yaxın olmaqdır. O birisi 15 ayə ilə ayrı formadır. Ola bilər O, ayədə elə şeylər görüb ki, biz onu görmürük. Lakin burada bir bu sual meydana gəlir ki, Allaha yaxın olmağı sevmək lazımdır ya Allaha yaxın olmaq lazımdır? Çox insanlar var ki, yaxşı insanları sevərlər, yaxşı insan olmazlar. Sevmək bir şeydir, olmaq isə başqa bir şeydir. Məgər büdpərəstlər Allaha yaxın olmağı sevmirdilər? Bütə pərəstiş edirdilər ki, Allaha yaxın olsunlar. (Zümər.3 ) Quranda bu barədə ayə var. Vəsilə kimi bütlərə pərəstiş edirdilər. Bizi o büdpərəstlik Allaha yaxınlaşdırar. Allaha yaxın olmağı sevmək hünər deyil ki, əcri risalət olsun, peyğəmbər onu təsdiq etsin. Bu bir məsələdir. Digər məsələ isə İkinci nəzəriyyə deyiblər ki, bu peyğəmbərin risalətinə bərabərdir. Bu olmaz deyək ki, peyğəmbər buyurub, mənim risalətimin əcri siz Allaha yaxın olmağı sevəsinizdir. Allaha da yaxın olmayasınız. Allaha yaxın olmağı sevəsiniz. İkinci nəzəriyyə budur ki, məqsəd sileyi rəhmdir. Yəni nəinki peyğəmbərin əqrabasına məhəbbətdir. Ümumi insanın öz əqrabasına məhəbbəti peyğəmbərin risalətinin əcridir. Elə bil peyğəmbər buyurur ki, mən sizdən əcr istəmirəm məgər əqrabaya məhəbbət istəyirəm. Yəni sileyi rəhm istəyirəm. Yəni qohum qəbiləni yoxlamaq. Qohum qəbilə ilə əlaqəni kəsməmək. Bu mənim risalətimin əcridir. Bəziləri bu ayəni belə təfsir ediblər. Əqrabanı əqraba məna ediblər, lakin adamın öz əqrabası kimi. Hər kəsin öz əqrabası. Onlara məhəbbət elə peyğəmbərin risalətinin əcri olar. Biz başa düşmürük ki, peyğəmbərin əcrini vermək istəsək öz əqrabamıza niyə məhəbbət etməliyik? Bununla nə əlaqəsi var? Elə bil bir şəxs mənə yaxşı iş görüb lakin mən öz oğluma hədiyyə alıram. Bilmirəm bu ona əcr olur, ya olmur? Bu bir məsələdir ki, insanın öz əqrabası ilə yaxşı münasibəti risalətin əcri ilə nə əlaqəsi vardır? İkinci məsələ də Qurani Kərimdə ümumiyyətlə əqrabaya məhəbbət yoxdur. Sileyi rəhm var. Qohum qəbiləni yoxlamaq, qohum qəbiləni sevmək deyildir. İnsan yalnız gərək Allahı sevsin. Hətta insan atasına da sevgisi Allah yolunda deyilsə gərək sevməsin. Atasına hörmət etsin, atası ilə əlaqəni kəsməsin. Sileyi ərham başqa şeydir, Allah yolunda sevmək isə başqa şeydir. Məsələn Quran məntiqində əqrəbaya məvəddət yoxdur. Məvəddət Allah üçün var. Allah yolunda. Əqrabaya sileyi rəhm var. Silə, yəni onlarla əlaqəni kəsməsin. İnsanın qəlbində gərək Allahdan başqası oturmasın. Əgər Onlar da otururlarsa Allah yolunda otururlar. Onu gərək insan sevirsə Allah yolunda sevməlidir. Kim Allahdan başqasını qəlbinə qoyarsa O, Allahın yerini başqasına vermis olar. “Əl qəlbu hərəmullah - Qəlb Allahın evidir.” Ona görə əgər biz imamı seviriksə, bu Allah yolundadır. Çünki, imam   Allah yolunda imamdır. Yəni imam Allahın sevməyindən doğulub. Yəni o kəsləri sevirik ki, Allah da onları sevir. İmam rəsulu sevirik ki, onlar Allahın sevməyindən doğulub. O sevgi bu cür sevgidir. Bu Quran məntiqidir. Ona görə risalətin əcri heç vaxt bu olmaz ki, insan əqrabasını sevsin. Quranda belə bir məntiq yoxdur.  Bunu haradan qeyd edirik ki, Quranda belə məntiq yoxdur? Mücadilə surəsində axırıncı ayədə buyurur: “(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla -öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə -dostluq etdiyini görməzsən.”  mömin insanın sevgisi Allahın düşməninə qarşı olmaz. Hətta bunlar atası da olsa, övladı da olsa, qardaşı da olsa, əqrabası da olsa onları qəlbinə buraxmaz. Bunun insanın atasına hörmət etməklə təzadlığı yoxdur. İnsan qohum əqrabası ilə əlaqəsini kəsməməlidir. Hər kim olsalar rəhmi qət etmək günahdır. Əlaqəni kəsmək günahdır. Lakin məvəddəti əqrəbaya verməyiblər. Qəlbin ipi Allahın əlindədir. Yəni qəlbi Allahın əlinə verməliyik. Heç kimin əlinə vermək olmaz. Qəlbin ipi Allahındır. İman belə insanların qəlblərində yazılıb. Buna təvəlla və təbərra deyirlər. Təvəlla və təbərra, yəni Qəlb yalnız Allahındır. Başqa məhəbbətlər də Allahın məhəbbətindən doğulmalıdır. Əgər Allahın məhəbbətindən doğula bilmirsə o şirkdir. O şeytani istəkdir, həvəsdir. şeytani istək də olmasa təbii hisdir. Bu İlahi yol deyil. Əgər mən övladımı sevirəmsə Allah məhəbbətindən qidalanmalıdır. Allah buyurur, övladını sev. Mən övladımı böyüdürəm bu başqa şeydir. Çünki, bu mənim atalıq vəzifəmdir. Övladımı sevirəm isə başqa bir şeydir. Bunlar ayrı-ayrı ifadələrdir. Yaxşı. İkinci təfsir buyurur, əqrabaya məhəbbət bu mənayadır. Əslində elə məhəbbət yoxdur. Məntiq vardır. Bunun əslində Risalətlə əlaqəsi yoxdur. Peyğəmbər əziyyət çəkir iş görür ki, mən əqrabama məhəbbət edim. Üçüncü nəzəriyyə budur ki, peyğəmbər buyurur, əqrabalığınızı qoruyun. Mən sizdən ayrı şey istəmirəm yalnız əqrabalığa görə məhəbbət istəyirəm. Nəinki əqrabamı. Mənə məhəbbət edin, mən sizin ailənizəm. Əcrim budur ki, məni özünüzə ailə bilin. Peyğəmbər bu sözü Qureyşə, ərəblərə buyurur. Bilirsiniz ki, peyğəmbər Qureyşlə də ailə idi, Mədinə ilə də ailə idi. Ana tərəfindən Mədinləlilərlə qohum idi. Yoldaşı tərəfindən də Mədinəlilərlə ailə idi. Ata tərəfindən isə Qureyşlə ailə idi. Peyğəmbər bunu buyurmaq istəyir ki, bilirsiniz də mən sizdənəm, sizin ailənizdənəm. Ona görə mənim risalətimin sizə əcri budur ki, mənə məhəbbət edin. Əgər bu belə məntiq idisə bəzi təfsirçilər buyururlar, bu yad təfsirdir. Çünki, əgər bir şəxs peyğəmbərin risalətinə inanıbsa daha O ailə məhəbbəti dərəcəsindən keçmişdir. Peyğəmbər bu risalətə əcri, onun rəsulluğunu qəbul edən kəs daha o rəsulluqda ailəyə söykənmək deyil. Sanki insanın əlində möhkəm bir ağac var onu söykənmək üçün istifadə edir. Risaləti qəbul etsəm mənimlə onun əlaqəsi iman əlaqəsi olar. Ondan əlavə olaraq risalət məsələsi o qədər böyükdür ki, bunda daha ailəlik dərəcəsi yoxdur. Əgər risalət varsa ailəlik əlaqəsi aradan gedər. Lazım deyil deyilsin ki, mənim ailəmə görə mənə məhəbbət edin. Risalət insanı imana çıxarar. Əgər risaləti varsa inanmalıdırlar. Bu bir məsələ. Ondan sonra bu məntiq Quranla da düz deyil. Peyğəmbər hamı üçün gəlib. Bunlar bir sıra ayələr, nəzərlərdir ki, bəziləri bu barədə buyurmuşdular. Bunu biz sizin üçün nəql etdik, nəzərimizi də dedik. Quranın məntiqində budur ki, insan başqasının sözünə qulaq assın. Quranın məntiqində budur ki, hamı hamının sözünə qulaq assın. Bunlar bir sıra nəzəriyyələrdir ki, təfsirlərdə qeyd olunub. Biz bir ayrı nəzəriyyələrə də nəzər saldıq. Qurba kəlməsində məqsəd peyğəmbərin əqrabasıdır. Peyğəmbər buyurur, mənim risalətimin əcri itrətimi sevməkdir. İtrətimə məvəddət bağlamaqdır. Sonrakı ayələrdən, bu məvəddət Quran məntiqi əsasında olar. O Allah məhəbbətindən qidalanmışdır. Çünki, ancaq Allahı sevmək lazımdır. Bu məvəddəti istəyir ki, o Allah məvəddətinin bir budağıdır. Sonralar bunu izah edəcəyik. İnsan dünyada varlıq arasında yalnız Allahı sevməlidir. Bu məhəbbəti də rəsulullah burada əqrəbaya istəyir. özü də risaləti qədərində, yəni beləsinə sevgidə risalətin dəyəri vardır. Axı insan öz işinə uyğun muzd istəyər. Bu Risalətə uyğundur. Onlar elə şəxslər olmalıdır ki, məni sirata aparsın. Elə şəxlər olmalıdır ki, risalətin yükü də onların üzərində olsun. Burada məqsəd Rəsulullahın itrətidir. Buna aid çoxlu hədislər də var. Bu barədə başqa mövzularda qeyd edəcəyik

 

OXŞAR VIDEOLAR