Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (3.1)

Üçüncü dərs

Adəmin xilqəti

«إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً»

 “Mən yer üzündə bir xəlifə yaradacağam” (Bəqərə,30).

İnsana xas olan ən önəmli məsələlərdən biri də, onun  Allah xəlifəsi olmasıdır. Yuxarıda qeyd olunan ayə, bizə bu mövzunu açıq şəkildə çatdırır. Əgər insan özünün xəlifətullah (Allahın xəlifəsi) olmasını araşdırsa, kəramətin sirrini daha yaxşı başa düşər və bununla da dərk etmiş olar ki, niyə başqa varlıqlar yox, məhz o kəramət sahibidir.

Xəlifəliyin mənası

  • Alimlərin bəzisi xəlifəliyi canişinlik mənasında izah edirlər. Onların fikrinə görə,  İnsan digər varlıqldardan fərqli olduğuna görə, elə yer üzündə Allahın canişinidə, məhz insandır. (خلیفة الماضین) – (Yer kürəsində keçmişdə yaranmış bütün insanların xəlifəsi).
  • Bəziləri də deyir ki, Allahın xəlifələri, yer üzərində yaşayan mələklərdirlər. (خلیفة الملائکه) – (Mələklərin xəlifəsi).

 

Amma Quran ayələrindən belə məlum olur ki, xəlifətullah Allah-Təalanın cilvəsidir. Yəni insanda Allahın sifətlərini özündə cilvələndirmək istedadı vardır. Əgər belə olmasaydı, niyə mələklər “Bu varlıq qan tökür, fəsad edir və biz sənin təsbihinə layiqik” deyə etiraz etmişdilər?  

Mələklərin bu etirazı onu göstərir ki, məqsəd mələklərin və ya insanın xəlifə olması deyildi. Allah-taala mələklərə əsmanı öyrətdikdən sonra, onlara insanın yüksək məqamını göstərir.

Həqiqətdə bu prosesdə mühüm bir məsələ vardır ki, yalnız Adəm məsələsi yox, insan məsələsidir.  Belə ki, bu mövzuya yalnız Adəmin məsələsinin qoyulması düzgün deyi. Yəni bütün insanlar Xəlifətullahdırlar. Bütün insanlarda Allahın cilvəsi olmaq qabiliyyəti vardır. Bu kəramət varlıqlardan heç birinə verilməmişdir. İnsan xəlifətullah olduqda Allahın izni ilə elə işlər görə bilər ki, Allahın xəlifəsi olar və qeyri-adi işlər görə bilər.

 

 

 

 

İnsanşünaslıq:

İnsanşünaslıq insanın xilqətində mövcuddur və onun müxtəlif həqiqətlərə sahib olması, insanı tanıma mövzusunu ortaya çıxarır. Əgər İnsanşünaslıq mövzusuna Allah, Mələklər və Şeytan tərəfindən baxılsa, belə nəticə çıxarmaq olar :

1 – Şeytan (İnsanın keçmişini görür); (Çünki İnsan torpaqdan yarandığını bilir).

2 – Mələklər (İnsanın indisini görür); (Qan tökür və fəsad törətdiyini bilir) .

3 – Allah (İnsanın gələcəyini görür); (Xəlifətullah olmaq istedadından xəbəri var).

 

 

Əllamə Təbatəbayi buyurur: İnsan təbiət baxımından heyvan, fitrət baxımından insandır. İnsanla heyvan arasında fərq budur ki, heyvan insan ola bilməz, amma əgər insan öz daxili istedadına çatmasa, özünü yuxarı çəkməsə, heyvan məqamında ola bilər, şəhvət və keçmişi ilə yaşaya bilər. Amma əgər öz dəyərini bilsə, xəlifətullah olar.

Mələklər insanın daxili istedadını görə bilmirlər, çünki mələklərin varlığında dəyişiklik adlı hiss yerləşdirilməmişdir. Quran mələklər haqqında buyurur:

 

 

« وَ مَا مِنَّا إِلاَّ لَهُ مَقَامٌ مَعْلُومٌ‌ »

 

(Mələklər belə deyərlər:) “Bizim hər birimizin müəyyən bir məqamı vardır. (Saffat,164).

 

Şeytan insanın keçmişini görürdü. İnsanlara keçmişlərinə görə tənə vuranlar, həmin şeytani hissi özündə gücləndirən şəxslərdir. Ona görə də, insanın gələcəyinə ümid edib, onun gələcəyi üçün kömək etmək çox önəmlidir. 

 

 

 

 

 

 

 

 

Üçüncü dərsin xülasəsi

 

Kəramət və insanın əxlaqı

 

* İnsan kəramət sahibi olma səbəblərindən biri, onun xəlifətullah (Allah xəlifəsi) olmasıdır.

* Bəqərə surəsinin 30-cu ayəsi yalnız Adəmin deyil, insanın xəlifəliyinə də işarə edir.

* Xəlifə, öz müdirinin işlərini və onun niyyətlərini yerinə yetirməlidir.

İnsanın xəlifəliyi cərəyanında üç növ insanşünaslıq ortaya çıxır:

  1. İnsanın keçmişinə olan  baxış – O torpaqdır (Şeytanın insanşünaslıq baxışı).
  2. İnsana hal-hazırdakı olan baxış – O heyvandır (Mələyin insanşünaslıq baxışı).
  3. İnsanın gələcəyinə olan baxış – O Xəlifətullahdır (Xaliqin inasan barədə olan  insanşünaslığı).

OXŞAR VIDEOLAR