Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (5.1)

Beşinci dərs

Kəramət və ilahi əmanət

«إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ الْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَ أَشْفَقْنَ مِنْهَا وَ حَمَلَهَا الْإِنْسَانُ إِنَّهُ کَانَ ظَلُوماً جَهُولاً»

Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir.(Əhzab,72).

Quranın müxtəlif yerlərində, insanın xəlifətullah olması və kəraməti haqqında bəhs olunmuşdur. İnsanın kəraməti ilə bağlı olan, həm də özü müstəqil bir mövzu olan məsələlələrdən biri də, insanın əminullah (Əmanət daşıyan bir varlıq) olmasıdır. Bu mənada ki, insanlar bir növ əmanətə sahibdilər ki, həmin əmanət digər varlıqlarda yoxdur.

Ona görə Allah-taala buyurur: Biz əmanəti təqdim etdik...(Əhzab,72).

« إِنَّا عَرَضْنَا الْأَمَانَةَ »

Yəni onu (Əmanəti) insnaın qarşısına qoyduq.

Əmanət insan üzərində bir vəzifə və borcdur. Hər bir insan bu əmanət qarşısında iki növ davrana bilər. Onlardan biri müsbət və bəyənilən, digəri isə mənfi davranışdır. Həmin davranışlar aşağıdakılardan ibarətdir:

1. İnsan öhdəsindən gələ biləcək işi yerinə yetirsin.(Əlbəttə həmin işi yerinə yetirərkən, heç bir sıxıntı və problem yaranmadığını bilsə).

2. İnsanın əlindən gəlir amma tənbəllik edir. (Əməldə problemi vardır)

İnsan özünə zülm edəndə bu əmanətə zülm edir. Bu həmin əmanətdir ki, insan onu əməl mərhələsinə çatdıra bilir, amma diqqətsizlik edir.

İnsanın Allahın verdiyi əmanətdə istedadı vardır. Əmanətdən məqsəd nədir? Bu barədə müxtəlif təfsirlər mövcuddur.

Aşağıda həmin açıqlamaları gətiririk:

Bir: İnsan ilahi vilayətə çatdıqda, Allah bəndəsi olar. Bəndəliyin son həddi budur ki, insan Allah övliyalarından olsun.

İki: İnsanın ixtiyar və iradəsi: İnsandan başqa aləmdə olan varlıqların iradə və ixtiyarı yoxdur.

Üç: İnsanın ağlı: Dərk və anlamanın ən üstün dərəcəsinə malik olan yeganə varlıq insandır.

Dörd: İnsanın bədən üzvləri: İnsanın qulaq, göz, əl, ayaq kimi bədən üzvləri İlahi əmanətdirlər və bu üzvlərlə günah İlahi əmanətə xəyanətdir.

Beş: Allahı tanımaqdır ki, həmin Mərifətullahdır.

Altı: İlahi vacibat və göstərişlər.

Əgər insan İlahi əmanətə xəyanət etməsə, Vəliyullah olur və öz ixtiyarı ilə kamil insan ola bilər.

Quran Əhzab surəsinin 72-ci ayəsində buyurur: Biz əmanəti...təklif etdik..

« إِنَّا عَرَضْنَا الْأَمَانَةَ ... »

Məqsəd budur ki, dağlar, yer və göylərin yaranışında belə ixtiyari şəkildə kamil olma məsuliyyətini qəbul etmək yoxdur. Amma bu, insanın yaranışında yerləşdirilmişdir. Allah-Təala Quranda buyurur: Bəzi insanlar dünyada elə yaşayırlar ki, öz dəyər və istedadlarını unudurlar, belə insanlar günbəgün tənəzzül edirlər və düzgün yolu itirirlər. Amma öz dəyər və istedadlarını bilən və yadlarında olan insanlar hidayət olunurlar.

Ən böyük dərd budur ki, insan özünü unudur.

Ona görə də ayənin axırında buyurur: Həqiqətən, o, çox zalım və çox cahildir. (Əhzab,72).

« ظَلُوماً جَهُولاً »

Beşinci dərsin xülasəsi

Kəramət və İlahi əmanət

İnsanın kəramət cəhətlərindən biri, bu varlığın İlahi əmanətə dözümüdür ki, (Əhzab surəsinin 72-ci ayəsində) ona işarə olunmuşdur. Göylər, yer və dağın imtinası diqqət və xüzuya qarışmış qorxu ilə yanaşıdır.

Şeytanın səcdədən imtina etməsi, təkəbbürlü olub, özünü boyük görməkdən irəli gəlmişdi.

İnsanın yaranışında İlahi əmanət haqqında müxtəlif təfsirlər qeyd olunmuşdur.

Ağıl

Mərifətullah

İxtiyar

Vilayət və ...

Bu nəzəriyyələri ümumiləşdirməklə belə demək olar ki, İxtiyarla məsuliyyətli olmaq, öhdəçilik və kamal insanın dözdüyü həmin İlahi əmanətdir. Varlıqlara əmanətin təqdimi, bu varlıqların yaranış və təkvini mənasındadır ki, onların xilqətində bu əmanəti daşımaq istedadı yoxdur.

OXŞAR VIDEOLAR