Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (8.1)

Səkkizinci dərs

Ümumi kütlənin hidayəti (1)

 

فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ

 

Quranda istifadə olunan bəzi sözlər,  bizim işlətdiyimiz kəlmələr ilə fərqli məna daşıyır. Məsələn, “Qəlb” sözü bizim leksikonumuzda,  bədəndə qan dövranının mərkəzi mənasında işlənir. Eləcə də “Sinə” tənəffüs yerinə deyilir.

 

Halbuki, Quranda qəlb və sədr (Sinə)  müxtəlif mənalarda işlənmişdir. “Sağlam qəlb”, sağlam olan ruh, sədr sözü isə, qəbul etmək və anlamaq hissi olan insanın sinəsidr.

Bu mənada olan ayələrdən biri, Ənam surəsinin 125-ci ayəsidi. Həmin ayədə Allah-Təala insanı iki xüsusiyyətdə təqdim edir. Onlardan biri, qəlbləri islamı qəbul etmək üçün açıq olan insanlar, digəri isə, qəlbləri islamın qəbulu və haqqa təslim olmaq üçün bağlı olan insanlardır. Deməli, sədr burada bədəndəki sinə deyil, insan ruhunu qəbul edən hissədir.

 

 

فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ ۖ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ

 

Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. (Ənam,125).

 

Ayədə oxuyuruq ki, Allah kimi hidayət etmək istəsə, onun hidayətini elə bu dərk qüvvələrindən başlayır. İnsanın cismi, əli və ayağı onun qəlbi və ruhuna tabe olarsa, o vaxt insan hidayət olar. Əgər insanın ruhu sağlam olarsa, üzvlər də saleh əməlləri dərk edib, qəbul edər.

 

 

Ayədə Allah buyurur ki, “Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar”

Bu cümlədən məlum olur ki, hidayətin birinci addımı, insanın qəlbinin mənəvi çirkablardan təmizlənib, həqiqəti qəbul etmək üçün hazırlanmasıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا

 

Diqqət etsək, görərik ki, ayənin bu cümləsində “Kimi istəsə, hidayət etməz” cümləsi işlənib. Allahın insanı hidayət etməməsinin mənası, onu öz halına buraxması anlamındadır. Elə bu, əsl zəlalət mənasını verir. Bunu da unutmaq olamaz ki, Allahın hidayəti əvvəldə hamıya şamil olunur. «هدی للناس»  (Allahın hidayətin, bütün insanlar üçündür).

 

Amma insan bu hidayətə müsbət cavab versə, Allah ona yeni bir hidayət bəxş edər və bu hidayət də, elə şərh-i sədrdir (Qəlbin islama tərəf açılması) .

 

Əgər insan İbtidai hidayətə müsbət cavab versə, Allah insanın qəlbini (ruhunu) açar. (Ruhun genişlənməsi və açılmasının mənası barədə, daha sonra danışacağıq).

Allahın ibtidai hidayətinə fitrət və vicdanı ilə təslim olmayan insanlar barədə Allah belə buyurur: Onun qəlbini daraldarıq. (Ənam,125).

 

يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا

Təbii ki, qəlbi daralmış insan da heç vaxt hidayət olmaz.

كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ

 

Ona görə də buyurur:”...Göyə çıxırmış kimi onun qəlbini daraldar”. (Ənam,125).

 

 

 

Belə bir insanın qəlbi o qədər kiçilər ki, əgər ona desələr” gəl haqqa təslim və tabe ol, iki rükət namaz qıl və ya bir dəfə əlini dua üçün qaldır və ya hər hansı sadə bir ibadət işini yerinə yetir” o, bu işləri heç vaxt etməz. Bu işlər belə vəziyyətdə olan bir insana, asimana uçmaq kimi çətin gələr.

 

Davamında buyurur: “Biz bu insanların qəlbində “Rics” yerləşdirmişik və bu, İlahi bir qanundur. Əgər insan hidayətə təslim olsa, ona yeni bir hidayət verilər. Yox əgər hidayətə təslim olmasa, Allah onu öz halına buraxar.

İnsanı öz halına buraxmağın mənası budur ki, Allahın onu zəlalət və azğınlığa salar. Allahın insanı azdırmasının mənası, ona hər hansı bir azdırıcı vəsitənin verməsi anlamında deyil. Bəlkə bu mənadadır ki, Allah insanı öz halına buraxdığı zaman, insan öz şəhvət və qəzəbə tabe olaraq, azğınlığa tərəf yaxınlaşır.

Zaman keçdikcə, insan “Əmmarə” nəfsin əlində pisliyə və günaha sövq olunaraq ona giriftar olar. Allah-taala insana qarşı olan öz hidayət, rəhmət və nemətini kəsdiyi zaman, insan qəzəb, şəhvət və əmmarə nəfsin əlində əsir olur və öz halına buraxılır.

 

 

Elə bunun mənası da azğınlıq dır. Bu bəhslərdən belə bir nəticəyə yetişdik ki, əgər insan Allahın hidayəti müqabilində təslim olsa, ikinci hidayətə çatar ki, bu hidayətə də “Mükafat” deyirlər.

 

Allah-taala bəqərə surəsində buyurur: Onlar Rəbbi tərəfindən göstərilən doğru yoldadırlar.(Bəqərə, 5).

أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ

 

Həmin surənin ikinci ayəsində buyrulur:  O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır. (Bəqərə, 2).

 

هُدًى لِلْمُتَّقِينَ

 

 “Hudən-lilmuttəqin”( Doğru yolu göstərən) olmağın səbəbini isə, surənin sonrakı ayəsini gətirərək, açıqlayır və  buyurur: Onlar Rəbbi tərəfindən göstərilən doğru yoldadırlar. (Bəqərə,5).

أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ

Beləliklə bu nəticəyə gəldik ki, insan üçün iki növ hidayət vardır. Birinci hidayətdə insanın fitrəti pak işə dəvət olunur, daxili sərmayəsi gözəl işə dəvət olunur, xaricdən isə  xarici hüccətlər, peyğəmbərlər (ə) və səmavi kitablar onu düz yola hidayət edir. Əgər insan bunlara müsbət cavab versə, ona ikinci hidayət verilir. İkinci hidayət isə, insanın qəlbinin böyüməsi və açılmasıdır.

Yox əgər insan ibtidai hidayətə müsbət cavab verməsə, zəlalətə düçar olar. Zəlalət isə, elə cəzadır.

Quran terminində zəlalətin mənası “Olmaq” mənasında deyil, əksinə “Yoxluq” mənasını ifadə edir. Əslində zəlalətin mənası Allahın insanı zəlalətə daxil etməsi yox, bəlkə insanı öz halına buraxmasıdır.

Başqa sözlə desək, “azğınlıq” hər hansı bir şeyə malik olmamaq və hidayətdən bəhrələnməmək deməkdir. İnsandan onun hidayətini götürmək, zəlalət anlamını verir. Ayədə də Allah buyurur ki, ruhunu günahla çirkləndirənlər,  nəticə etibarı ilə, qəlblərini təslim olmaq üçün kiçiltmiş olurlar.

Ümumi kütlənin hidayəti (2)

            وَلَٰكِنْ مَنْ شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِنَ اللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيم

 

..Kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır.

 

Quran iki növ “şərhi-sədr”(Qəlbin genişlənməsi)-dən söhbət açır. Onlardan birinə ənam surəsndə işarə edilir. Allah buyurur: “...Onun qəlbini İslama açar.(Ənam,125).

Ayənin mənası budur ki, Allah hidayətə müsbət cavab verənlərin qəlbini, Allahın əmrlərinə təslim olmaq üçün böyüdər və həqiqətdə bu insanlar haqqı rahat qəbul edərlər.

 

Şərhi-sədrin ikinci növü də var. Bu növ Şərh-Sədr bu mənadadır ki, tədricən insanın qəlbi böyüyür və get-gedə o, rahatlıq tapar. Nəhl surəsində Allah-taala buyurur: ...Allahı inkar edər və qəlbini küfrə açarsa...(Nəhl,106).

 

مَنْ شَرَحَ بِالْكُفْرِ صَدْرًا

 

Ayədən başa düşülür ki, küfr üçün qəlbi açılan kəsin qəlbi, inad və günah etmək üçün də açıq olar.

Əgər insan Allahın hidayətini qəbul edib, yaxşı insan olana kimi Allaha itaət etsə, qəlbi islam üçün açılar. Bundan sonra yaxşı iş görmək onun üçün rahatdır və bu yolda onun qarşısında heç bir çətinliyi olmaz. Belə insalar üçün günah etmək daha çətin və ağırdır. Yəni insanın qəlbində və ruhunda belə bir qayda  var ki, əgər düzgün işi təkrar olaraq yerinə yetirsə bu iş ona adətə halına çevrilər. Əgər yaxşı işini davam etdirsə, bu iş onda adətə çevrilər və insanın ayrılmaz xasiyyəti kimi olar.  Belə olduqda isə, yaxşı işləri rahat şəkildə yerinə yetirə bilər. Səbəbi isə budur ki, həmin yaxşı və bəyənilər işlər, insanın varlığının hissələrindən birinə çevrilmişdir. Quran bu barədə Əla surəsində buyurur: Biz sənə ən asan olanı (İslam dinini) müyəssər edəcəyik. (Əla,8).

 

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ

 

Ayədən də məlum olur ki, Allah-taala yaxşı işlərin Peyğəmbər (s) üçün daha asan etdiyini bildirir. “Yusra” sözü, savab işlər və ibadət mənasındadır.

Allah-taala “Leyl” surəsində buyurur:

Kim (haq sahibinə) haqqını verər, Allahdan qorxar,Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təsdiqləyərsə,Biz də ən asan olanı (cənnətə girə bilməyi) onun üçün asanlaşdırarıq. (Ləyl,5-7).

 

فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ وَصَدَّقَ بِالْحُسْنَىٰ فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ

Əgər insan bəxşiş, təsdiq və təqva əhli olsa, eləcə də  əməldə yaxşı işlər yerinə yetirsə,ruhunda bu xeyirli işlər vərdiş halına çevrilər. Nəticə də isə, yaxşı işlərə qarşı olan vərdişi və xasiyyəti, onun üçün mükafat hesab olar. Ona görə də Allah buyurur: Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təsdiqləyərsə,Biz də ən asan olanı (cənnətə girə bilməyi) onun üçün asanlaşdırarıq.(Ləyl, 6-7).

وَصَدَّقَ بِالْحُسْنَىٰ فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ

Bu xüsusiyyətə yiyələnən insana, yaxşı işlər asan olar və həmin işləri rahat və çətinlik hiss etmədən yerinə yetirər.

Yəni nəfs, şəhvət və dünyapərəstlik hissi, onu sədəqə verməməyə və yaxşı işlərdən uzaqlaşmağa təhrik edə bilməz. Bu xasiyyətdə olan insan üçün, sədəqə vermək, gecə Allah üçün ibadət etmək və yaxşı iş görmək rahatdır. Çünki həmin insan, hidayət olduğu kimi də, Allaha təslim olmuşdur. Bu xasiyyətdən uzaqlaşıb, özündə yaxşı işləri adər şəklinə çevirməyən insanlar barədə isə Allah-taala belə buyurur: Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz, Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təkzib edərsə, Onun üçün də ən çətin olanı (cəhənnəmə girməyi) asanlaşdırarıq.(Ləyl,8-10).

وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَىٰ وَكَذَّبَ بِالْحُسْنَىٰ فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ

Ayələrdən belə nəticəyə gəlirik ki, hər kim öz malını xeyir işlər üçün xərcləməkdən çəkinib, simiçlik edərək onu gizlətsə, həmçinin yaxşı işləri inkar edib, o işlərdən uzaq dursa, Allah həm

 

 

 

Quranda qəlb mövzusuna aid olan ayələri mütaliə edəndə, belə məlum olur ki, iki növ şərhi-sədr (Qəlbin genişlənməsi) mövcuddur: Onlardan biri, qəlbin pak və yaxşı işlər üçün açılmasıdır. Belə insanların qəlbi yaxşı işlər üçün genişlənib, böyüyür, əyri işlər üçün isə kiçilib, daralır və artiq onun üçün günah etmək çətinləşir.

Amma qəlbi əyri işlər üçün açılan şəxs, yaxşılıq etməkdən məhrum olar.

Allah-taala hər bir insanın qəlbini saf olaraq yaradır. Belə ki, insanlar yaradıldıqları ilk günlərdə, neytral bir qəlbə malikdilər. Yəni onların qəlbi nə xeyir işlərə, nədə ki, pis işlərə uyğun tərzdə genişlənməmiş olur. Amma zaman keçdikcə xeyir işlər, və ya şər və günah işlərin nəticəsində, onların qəlbi əməllərinə uyğun şəkildə genişləmməyə başlayır. Yəni insanın əməl və rəftarlarının, ruhuna təsir edib, onun  genişlənməsinə təsir etməsi, danılmaz bir faktdır. Əgər insan saleh əməl sahibi olsa, Allaha təslim olmaq üçün şərhi-sədr əldə etmiş olar. Amma əgər günah əhli olsa və həmin günahları davamlı şəkildə təkrarlasa, onun qəlbi itaətsizlik və günah üçün genişlənər.

Səkkizinci dərsin xülasəsi

Hamının hidayəti

Allah-taala bütün insanları xeyrə tərəf hidayət etmişdir. Bu hidayətə,  ibtidai hidayət deyilir. İbtidai hidayət, ümumi və hər kəsə şamil olan bir hidayətdir.

Əgər insan İlahi hidayəti qəbul etsə, onun qəlbi haqqın qəbulu üçün şərhi-sədr qazanar və bu hidayət həmin bəndənin mükafatı olar.

Yox əgər insan ilahi hidayəti rədd etsə, ilahi cəzaya düçar olar və qəlbi paklıqlara qarşı qaralar.

Quran ayələrində iki növ şərhi-sədr bəyan olunmuşdur.

A) Müsbət şərhi-sədr.

Əməlin ilahi hökmlər üçün asan olması və ilahi itaət üçün məşq etməsi.

B) Mənfi şərhi-sədr.

Bəyənilməyən işləri yerinə yetirməyin asanlaşması və ilahi üsyan üçün məşq etmək.

OXŞAR VIDEOLAR