Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (23.1)

İyirmi üçüncü dərs

İnsanın etdiyi işlər ilə bağlılığı

 

İnsanın hər bir işi, istər yaxşı, istərsə də pis iş olsun, ondan ayrılmır.

 

Qurani-Kərim bu məsələyə “Tairən” (quş mənasında) adı ilə işarə edir.

 

Nə üçün insanın əməlinə tair (Quş) deyirlər?

 

Buna cavab vermək üçün öncə bunu bilməliyik ki, cahiliyyət dövründə insanmlara üz tutan bədbəxtliyi quş ilə müəyyən edirdilər. Belə ki, o dövrdə insanların inanclarından biri bu idi ki, əgər insan səfərə gedən zaman, onun sağ və ya sol tərəfində quş qanad çalsaydı, yaxud həmin vaxt müəyyən bir quşu görsələr, səfərə çıxan insan üçün xoşbəxtlik, yada ki, bədbəxtlik təyin olunardı. Nəticədə həmin quş insanı bədbəxt və yada xoşbəxt edərdi. İllər keçdi və insanlar bu inanca daha da çox inanmağa başladı və nəticədə bu, insanın bədbəxtlik və xoşbəxtlik amilinə çevrildi.

Quran bəzi ayələrdə bu məsələyə aydınlıq gətirərək, insanlara bunu çatdırır ki, onların bədbəxtlik və xoşbəxtliyini təyin edən hər hansı bir quş yox, bəlkə insanın əməlləridir.

Ona görə də Allah əməl mövzusu haqqında danışan zaman, əməli “Tair” (Quş) sözü ilə birlikdə gətirir ki, insanların həmin mövzuya aid olan yanlış baxışı dəyişsin.

İnsanın əməlinin itməməsi və ondan ayrılmaması mövzusu, insanı düşünməyə vadar edən mövzulardan biridir.

 

Bilmək lazımdır ki, insanın əməli itib, yox olmur. Yəni insanın etdiyi hər bir iş, yığılır və insan həmin işin nəticəsini yox, elə özünü və həqiqətini görür.

 

Bəzi quran ayələrinə əsasən, etdiyi əməlin nəticəsini yox, bəlkə o əməlin özünü insana verəcəklər və insan sorğu-suala aparan zaman, etdiyi işlər haqqında yazını ona verirlər.

Allah quranda buyurur: Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. (Kəhf,49).

Ayəyə diqqət etsək, görərik ki, insanın əməli dünyada qalmış olsa da, ayədə onun əməlinin özü qeyd olunur. Həmçinin qiyamət günündə insan gözü ilə öz əməlini görəcək.

 

Ayənin davamında Allah buyurur: Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. (Kəhf, 49).

 

وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا

 

Yəni Allah burada demək istəyir ki, nə etmisinizsə, həmin əməli hazır şəkildə görəcəksiniz.

 

Mövzu barədə bunuda bilməliyik ki, əməl öz-özünə hazır olmur, bəlkə onu hazırlayacaqlar.

 

Mütəal Allah Ali-imran surəsində buyurur: Hər kəsin etdiyi yaxşı əməlləri və pis əməlləri, qarşısında hazır bir vəziyyətdə görəcəyi o gün (qiyamət günü insan), onunla (günahları ilə) özü arasında uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən (əzabından) çəkindirir. Allah bəndələrinə qarşı şəfqətlidir.(Ali-imran, 30).

 

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ

 

 

İnsanın əməllərinə aid olan mövzularda, aşağıdakı nəticələrə gəlmək olar:

 

1- İnsanın əməli onunla birgə qalır.

2- İnsanın əməli heç vaxt aradan getmir və bu dünyada qalır.

3- Qiyamət günü insan öz əməlini hazır görəcək.

4- İnsanın əməli hazır şəkildə olacaq.

5- İnsanın özü, öz əməlini hazır şəkildə görəcək.

Allah-taala təkvir surəsində buyurur: Hər kəs (axirət üçün) nə gətirdiyini biləcəkdir! (Təkvir, 14).

عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ

İnsanın etdiyi işlər yığılır və itmir. onun vücudunda bir anbar var və əməlləri orada yığılır. Əməllər insanın daxilində saxlanıldığı vaxt, əməl bir yazı formasına çevrilir.

 

İnsan hər hansı bir işi yerinə yetirəndə, onun ruhu və zehni başqa şeylər ilə məşğul olur. Həmin işlər örtülü vəziyyətdə olduğu üçün, o buna diqqət etmir, amma insan bunları öz daxilində toplamış olur.

 

Qiyamət günü olanda insanın daxilində toplanmış bütün işlər ona göstəriləcək.

 

Mütəal Allah İsra surəsində buyurur:

Biz hər insanın əməlini öz boynundan asdıq. Qiyamət günü açılmış vəziyyətdə görəcəyi bir kitabı onun qarşısına çıxardarıq. (İsra, 13).

 

وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا

 

Yəni Qiyamət günündə tam açıq şəkildə, insanın özünün qarşısına, onun daxilindəkilər çıxarılacaq.

 

Qiyamətdə baş verən belə bir vəziyyətə, yazının açılması deyilir.

Belə ki, əməllərin batini və həqiqəti od vəziyyətində aşkar olar. Dünyada bu vəziyyət görünməsə də, Qiyamət günündə görünər. Bağlı və örtülü vəziyyətdən, açıq vəziyyətə gələndə, insanın yığdığı hər bir şey, aşkar olar.

Beləliklə də, Qiyamət günündə insan özünün şahidi olacaq.

Allah quranda buyurur: Kitabını (əməl dəftərini) oxu! Bu gün hesaba çəkilməyin üçün sən özün-özünə kifayətsən.(İsra, 14).

اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا

Ayədəki “Kitabını oxu” cümləsindən məqsəd, insanın əməlləridir. 

Əgər ayədə İşin adı yazılsa, bu bir növ kitab adlanacaq. Yox əgər ayədə işin özü yazılsa, başqa bir kitab, və ya insanın öz varlığı nəzərdə tutulmuş olacaq.

Həmçinin bu və bu kimi bir çox ayələrdən məlum olur ki, İnsanın özü, özü üçün kifayətdir.

Yəni əgər insan epistemoloq( mərifətşünas) olsa, özündən hesab ala bilər və bu vaxt o, bu işi yerinə yetirməlidir.

İyirmi üçüncü dərsin xülasəsi

Əməl arxivi

Quran ayələrinə əsasən insanın əməli aradan getmir və aləmdə qeyd olunur.

(Yasin surəsinin 12-ci ayəsi – İsra surəsinin 13-cü ayəsi).

Kəhf surəsinin 49-cu ayəsinə əsasən insanın əməli Qiyamət günündə hazır olacaq.

Ali-imran surəsinin 30-cu ayəsinə əsasən, əməli çağırırlar və o, öz-özünə hazır olmur.

Əgər insanın əməli aradan getmirsə, deməli bu aləmdə arxivləşdirilir

İsra surəsinin 13-cü ayəsinə əsasən, insanın əməli örtülü şəkildə öz ruhunda arxivləşdirilər və qiyamət günündə həmin əməl açılaraq, yazılmış kitab formasında hazır olar.

 

 

 

 

 

 

OXŞAR VIDEOLAR