Saytımızda axtarın

     MENU
Quranda Antropologiya

Məhəmməd Baqir Saivər - İnsan (24.1)

İyirmi dördüncü dərs

İnkişaf və xəsarət

 

Quranda insanşünaslığa aid olan önəmli  mövzulardan biri də, xəsarət mövzusudur. Xəsarət, zərər və ziyan mənasındadır.

Əgər quranın ayələrinə diqqət yetirsək, görərik ki, həmin ayələrdə  Allah insanın çox sayda xəsarətə düşdüyünə işarə edir.

 

Bəzə insan hər hansı bir torpaq sahəsi alıb, xəsarətə uğrayır, bəzən də meyvə alıb, ziyana uğrayırlar. Amma Quranın baxışında, xəsarətə uğrayan, elə insanın özü olur.

 

Bu onu göstərir ki, insan öz varlığının sərmayəsinin malikidir. Yəni insan, mal, torpaq, ev və mülkdən başqa, öz varlığının da sahibi və onun malikidir. İnsan öz varlıq sərmayəsinin mənəvi ticarət yolunda, bəzən cüzi qiymətlə xəsarətə düşür.

 

Mövzu ilə əlaqədar, xəsarət kəlməsinin ayələrdə işlənildiyini nəzərə alsaq, mənəvi bir ticarətdən xəbər verildiyi, həmçinin bu ticarətin sərmayəsi, insanın özü olduğu məlum olur.

Əgər sərmayə olmasa, nə ticarət etmək, nədə ki, zərərə düşmək imkanı olmaz.

Quranda xəsarət kəlməsi, bir çox ayələrdə istifadə edilib. Həmin ayələrdən bəzisini nümunə olaraq gətiririk:

Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir.(Bəqərə, 16).

 

Onların ticarəti xeyir gətirmədi və onlar doğru yolu tapmadılar. (Bəqərə, 16).

Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. (Tövbə, 111).

 

Mövzu ilə əlaqədar bu və digər ayələrə diqqət yetirsək, görərik ki, həmin ayələrdə Allahın alıcı, insanın isə  satıcı olduğu bildirilir.

Yəni insanın öz ixtiyarı ilə satdığı şey, onun can və malıdır, Allah tərəfindən ona verilən qiymət və dəyər isə, əbədi olan cənnətdir. Quranın bu müamiləsinin dəlili və sənədi, həm Quran, həmdə İncildə var.

 

 

 

Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, insan böyük bir sərmayəyə sahib olan varlıqdır.

 

İnsan öz varlığında sərmayədən yaradılmışdır və onun yaradılışı əbəs yerə deyil. Bu sərmayə vasitəsilə ticarət edir, xeyir və ya ziyan əldə etmiş olur. Quran xəsarət və ziyan sözündən istifadə etməklə, insana sərmayə sahibi olduğunu başa salmaq istəyir.

 

İnsanın sərmayəsi nədir?

Burada qarşıya belə bir sual çıxır ki, insanın sərmayəsi nədir?

Bu suala cavab vermədən öncə, Allah-taalanın buyurduğu ayəyə diqqət yetirək. Allah bəqərə surəsində buyurur: Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir.(Bəqərə, 16).

 

Doğru yoldan məqsəd, hidayətdir. Hidayət isə, insanın fitrətində var və elə bu, insanın sərmayəsidir.

 

Allah-taala tövbə surəsində buyurur: Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır.(Tövbə, 111).

 

إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ

 

Bu ayəyə əsasən, insanın sərmayələrindən biri onun canı və mallarıdır.

 

İnsan Allah yolunda sədəqə verəndə, əslində onu Allaha vermiş sayılar. Allah yolunda nə verilərsə (sədəqə kimi) qalıcıdır amma insanın özü üçün nə qalırsa fanidir.

 

Allah yolunda xərclənib, onun yolunda veriləndə, Allah onu artırır və dəfələrlə çoxaldır.

Daxili hidayət də, insanın sərmayəsidir. Eləcə də onun canı və malı onun sərmayədir.

Bəzi ayələrdə insanın fikir və ağılı sərmayə adlandırılır. Bəzi ayələrdə isə, onun qəlb və ruhu sərmayə kimi tanıtdırılır.

Digər məxluqlarda olmayan və yalnız insana məxsus olan bəzi daxili və mənəvi sərmayələr vardır ki, bunlar insanın əzəmətə malik olduğunu sübut edir.

 

 

 

 

 

İyirmi dördüncü dərsin xülasəsi

 

İnkişaf və xəsarət

 

Quranda insanşünaslığa aid olan mövzulardan biri də, insanın inkişafı və xəsarətə məruz qalma  mövzusudur. İnsan ticarət etdiyi vaxt  xəsarət baş verə bilər. Həmçinin insanın ticarəti o zaman məna tapır ki, onun sərmayələri olsun.

Quranda ticarət kəlməsi, alış, satış, xəsarət və s. kimi iqtisadi bəhslərdən başqa, insanın mənəvi ticarəti haqqında da işlənmişdir və bu, insanın mənəvi sərmayələrinin göstəricisidir.

İnsan bir sıra sərmayələrlə yaradılmışdır və onlara qarşı diqqətsizlik, varlığının xəsarətə uğramasına səbəb olur.

Quran ayələrinə əsasən İnsanın bəzi sərmayələri aşağıdakılardan ibarətdir:

 

A) Ağıl.

 

B) Fikir.

 

C) Qəlb.

 

D) Mal və can.

 

E) İnsanın daxili hidayətləri (fitrət – ilham).

 

OXŞAR VIDEOLAR