Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 15

Yasin surəsinin təfsiri (15-ci dərs)

 

 “Səlamun qəvlən min Rəbbin rəhimin.”

Bəhsimiz cənnətdə meyvələr, cənnətdə nemətlər və cənnətdə Allahın ətalarındandır. İnsan məsələni gərək aqibəti, gələcəyi görməklə yoxlaya. İnsan gərək bilə ki, işləri, aqibəti beheştdir, ya işlərinin aqibəti cəhənnəmdir. Allah-mütəal behişti Quranda təsvirə çəkib, cəhənnəmi Quranda təsvirə çəkib və buyurur siz seçsəniz bura yetişəcəkdi. Keçmiş cələsədə behişti meyvələrdən, behişti nemətlərdən bir az oxuduq.

Buyurur, bir nemət də ki, behiştdə var “səlamun”, salamdır. “Qovlən min rəbbin rəhim” rəhmətli Rəbbin tərəfindən bu bir sözdü. Bilirsiz ki, Quranda “salam” mübahisəsini bir nəfər araşdırsa görər ki, behiştdə salam vermək çoxlu yerdə gəlibdir.  Əvvəla üsulən behişt darüssəlam adlanır. Yasin surəsində burda “salamun qövlən” var, Yunis surəsinin 25-ci ayəsində var “Vallah yəduu ila darussəlam” Allah sizi salam evinə, salamatlıq evə ki, o evdə ki, ləğv yoxdur, boş danışma yoxdur, günah yoxdur ora dəvət eləyir. “Vallah yəduu ila darussəlam” O salam evində hamının bir-birinə qarşı baxışı salamatlıqnandı. Bilirsiz ki, bu danışıqlar göstərir içəridə bir-birinə baxışlarını. Buyurur mələklər daxil olarlar “min kulli babin” İnsanlar ki, cənnətdədirlər, mələklər hər qapıdan girərlər “salamun əleykum bimə səbərtum” Salam olsun sizə səbr etdiklərinizə görə, səbr əhlinə görə sizə salam olsun. Bəs bir məlaikənin salamı var. Əraf əhli sizə salam verər. Əraf özü Quranda bir mübahisədi. Ərafın üstündə imamlar, peyğəmbərlər və övliyalardı. Ərafın aşağısında o zəif imanlılardı. Buyurur; “Və nadu əshabəl cənnə ən salamun ələykum” Bu Əraf əhli cənnət əhlinə nida eliyər, deyər və sizə salam olsun. Bir salam da var bunlar bir-birilərinə mələklər yox, cənnət əhli bir-birinə “təhiyyətuhum fiha salamun”  Orda üsulən adətən bir-birilərinə hörmətləri salam verməkdi. Əslən “La yəsməunə fiha ləğvən və la təhsima” Buyurur ki, Vaqiə surəsində Qiyamət günü vəxti insanlar behiştə getdilər. cənnətin bir mənəvi atmosferi var, cənnətin bir mənəvi abı-havası var. O atmosferdə sən aldatma, bir-birləriylə kinayəli danışma, acı danışma, günahlı sözlər danışmaq eşitməzsən. “İlla qilən səlamən səlamə” Təkcə odur ki, sən eşidəsən bir-birlərinə səlamətçilik tələb eləmək, bir-birlərinin sağlamlığını Allahdan istəməyi eşidərsən. Allah da salam verəcəkdir xüsusi bir nemətlərdən ki, Yasin surəsində buyurur: “Səlamun qəvlən min Rəbbin rəhimin.”  Allahın öz tərəfindən vasitəsiz nə mələklər, Allah özü salam verəcək. Allahın xüsusi salamı behişt əhlinə mənası nədir?  Dəqiq aydın deyil. Aya, Allahın salamı yəni cənnətin tamamını aramiş, sakitlik yaratmaqdı, əmin-amanlıq yaratmaqdı?. Heç nigarançılıq cənnətdə cənnət əhli hiss eləməyəcəkdir. Bəzən axı insan görürsən ürəyində nəsə bir şeylər var tam arxayınlıq, tam səlamətçilik hiss eliyəcək. Allahın salamı yəni salamatçılıq yaradacaq Allah cənnətdə. Quranda bir sıra nemətlər var Allah özünə nisbət verir.

Bilirsiz ki, bir sıra içməlilər var cənnətdə, mələklər gətirəcək cənnətin içkilərini gətirəcək. Quran bir yerdə buyurur “və səqahum Rəbbuhum”  Rəbbiləri onlara su verəcək, Rəbbiləri onları sirab eliyəcək bu “səqahum Rəbbuhum” da fərq eləyir onunla ki, “vəsuqu” onlar sirab olacaqlar, onlar içəcəklər o içməlilərdən. Yox, Allah onları içirdəcək. Bunlar eşq ilahi, məhəbbət ilahi bunların qəlblərində daha çoxalacaqdı, o nədi mahiyyətini bilmirəm. Necə ki, “Səlamun qəvlən min Rəbbin rəhimin.”  də onun tayıdır, fəqət budur ki, vəxti Allah tərəfindən salamdı daha Allah cəllə-cəlal öz cəlalətinə uyğun salam verəcəkdi və bu salamnan cənnət əhli sakitlik hiss eləyəcək, cənnət əhli özünü səlamətçilikdə yaşamağı hiss eliyəcəkdi. “Səlamun qəvlən min Rəbbin rəhimin.”  özü də rəhmətli Allahın, Rəbbin tərəfindən salam veriləcəkdi.

“Vəmtazul-yəvmə əyyuhəl-mucrimun.” O gün, Qiyamət günü biz deyəcəyik ki, ey mücrimlər siz daha ayrılın, “vəmtazu”. “Vəmtazu” yəni seçilin, ayrılın. Biliriz ki, dünya və axirət qanunları fərq eləyir. Hətta şayəd o iki dənə şeypur ki, çalındı bir şeypur yəni öldürülmə, bir şeypur yəni diriltmə. Şəyd o öldürülmə, yəni o dünya qanunları qaldı dünyada. Yeni bir qanunlar yarandı, yeni bir nizam, yeni bir hakimiyyət dövrü yarandı. Burda daha eləyə bilməz bir ikiüzlü girə möminlərin içində, pakların içində özünü pak göstərə. “Vəmtazul yövm “ ayrılın ey günahkarlar. Ən böyük cəzalardan biri budur ki, insan neçə müddət özünü pak göstərə, xeyirxah göstərə, düz adam göstərə, insanlara nisbət ədalətli göstərə və orda deyələr ki, sən ayrıl. “Vəmtazul-yəvmə əyyuhəl-mucrimun.” İnsan pak insanlardan ayrıla, insan öz iddiasına uyğun axirətdə olmaya “Vəmtazul-yəvmə əyyuhəl-mucrimun.” Ayrılın ey mucrimlər, ey günahkarlar. Bu haman ədalət qanununun bir budağıdır. Bilirsiz ki, Qiyamətin neçə dənə sübutu vardı. Bir sübutu ədalətdir. Allah-mütəal heç vaxt düznən əyrini bir münasibət bağlamaz, heç vaxt günahkarlarnan pakı bir münasibət bağlamaz.

Bunu ayrı ayələrdə də Allah-mütəal buyurub. Sad surəsində buyurub “əm nəcəlul-ləzinə amənu və əmilus salihat kəl mufsidinə fil ərz”  Aya bizi belə tanıyırsız? Biz onlar ki, yer üzündə fəsad edirdilər onlarla ki, imanları var, düz iş görürlər onlarla bir yerə qoyacağıq?  “əm nəcəlul muttəqin kəl fuccar” Aya təqvalıları facirlər kimi nəzərə alacağıq biz?  Yəni bizim ədalətimiz bunu tələb eləmir ki, bunları ayıraq? “əm həsibəl-ləzinəctərəhu səyyiat ən nəcələhum kəl ləzinə amənu və əmilus salihat”  Aya xəyal edirlər ki, onlar ki, hər  günahlar ediblər dünyada onları biz də paklar kimi, imanları olan saleh işlər kimi qərar verəcəyik?  Heç vaxt biz belə eləmərik. Bizim nə ədalətimiz buna icazə  verər, nə hikmət buna icazə verər Qiyamət günü əslən “Yovmul fəsl” günüdür, ayrılma günüdür. “Vəmtazul yovm”  ayrılın bu gün “əyyuhəl mucrimin” Ey curim eləyənlər. cinayət baş verən, “mucrim” yəni cinayət eliyən. Cinayət Qurani mənada təkcə başqasına cinayət eliyən deyil, “mucrim” insan özünə də cinayət eləsə mucrimdir. Namaz qılmayan da mucrimdi, oruc tutmayan da mucrimdir. Qurani termində “mucrim” fəqət bu deyil ki, başqasının malını yeyə. o da mucrimdi, bu da mucrimdi.  Ayrılın o ki, Allahın dediklərini icra eləməmisən, istər başqalarına nisbət. ya özünə nisbət ayrılın. Sən mucrimsən, cinayət eləmisən, günah eləmisən

“Ələm ə`həd iləykum ya bəni Adəmə ən la tə`buduş-şəytan”  Aya peyman bağlamamışam mən sizlə ey insan övladı?  “ən la tə`buduş-şəytan”   siz, şeytana ibadət etməyəsiniz. Mən siznən peyman bağlamamışam?  “innəhu ləkum əduvvun mubin.” O sizə aydın düşməndir.

Peyman bir  budur ki, əhdu-peyman məna eliyək əhdi. ”Ələm ə həd” yəni peyman bağlamamışam, qərarda yəni sizlə müqavilə bağlamamışam. Mərhum Əllamə bu yerdə əhdi vəsiyyət məna eləyir, tövsiyə məna eləyir. Buyurur  Mən sizə tövsiyə eləməmişəm? Mən Ənbiyaynan, peyğəmbərlərin vasitəsiynən sizə hey deməmişəm ki, şeytan sizə aydın düməndi?  Onun sözünə baxmayın. “Ə həd” yəni sizə vəsiyyət və tövsiyyə eləməmişəm, ya sizə bu məsələni xeyirxahlıq eləməmişəm? Siz  o ki, aydın sizə düşməndi, özü diliynən deyir mən sizi aldadacağam, mən sizə düşmənəm, onun sözünə baxasız . Bir məsələ bu.

İkinci məsələ budur ki, bu şeytan aydın düşməndi. Bəzi düşmənlər var mümkündü gizli ola. Vəxti özü deyir ki, mən aldadacağam özu, Ayələrdə siz araşdırsanız o vaxt ki, bildi daha müəyyən günə qədər möhlət alınıbdı, özü möhlət aldı müəyyən günəcən. Vəxti bildi, sonra and içdi Allahın izzətinə. Dedi: Allah sənin izzətinə and olsun, mən hamını aldadacağam “illəl muxləsin” Məgər Sənin xalis bəndələrini. Onları da istisna elədim, nəinki onlara mənim ehtiramım var, hörmətim var, onlara da hörmətim yoxdur, lakin çün onlara gücüm çatmaz, bacarammaram istisna elədim hamını aldadacağam. Bu ki, deyir mən hamını aldadacağam “Lə uğviyənnəhum əcməin” hamını “iğva” eləyəcəm, yolundan çıxardacam, hamının inkişaf  prosesinin qabağını alacağam, özü də hər yolnan. Əraf surəsində vəxti insan araşdırsa 16-17-ci ayələrdi. Orda buyurur ki, şeytan dörd tərəfdən insanı əhatə eliyər: sağdan, soldan, qabaqdan, daldan. Özü deyir bunları hər tərəfdən əhatə eləyərəm. Bəzən bir insanın gələcəyini yadından çıxardaram bu qabaqdan nüfuz eləməkdir ki, gələcək yaddan çıxır, hələ indikini görər. Beş günlük dünyadı kef elə. Gələcəkdə aqibət nə olacaqdı heç şey olmaz. Fikirləşmərəm Qiyamət günü hesab-kitab var, cənnət var, cəhənnəm var o yaddan çıxar. O yaddan çıxdı günah eləyər. Bəs gələcəkdən nüfuz eləyəm, qabaqdan nüfuz eləyəm. Bəzən arxadan nüfuz eləyərəm keçmişləri yadlarından çıxardaram. Keçmişi yaddan çıxardaram belə ki, olar ki, bunun haqqında xidmət eləyiblər ata-anasıdı bunların xidmətlərini yaddan çıxardaram.  Bu ki, bir zaman bu zəif  varlıq idi Allahın inayəti ilə bu cür böyüyübdü, Allah da ata-anasının vasitəsiylə bunları böyüdüb bunların hamısını unudaram. Olar bir eqoist, mütəkəbbir bir insan ki, keçmişi görmür bəs bir də belənçi. Bəzən sağdan nüfuz eləyərəm, düz əməllərini də bəzən özüm allam. Maraqlıdır sağdan nüfuz eləyərəm düz əməllərini. Bu istəyir xeyir iş görsün sədəqə versin, mən girrəm bunun nəfsində vəsvəsə eləyərəm ki, sədəqə verəndə ondan gözləsin hörməti, minnət  vursun.

Buyurur “Lə tubtilu sədəqatikum bil mənni vəl əza” Əziyyət verməknən, minnət vurmaqnan batil eləməyin sədəqələrinizi. Bu sağdan girməkdi şeytanın sizin qəlbinizə. Vəsvəsə eləyir sədəqənizi batil eləsin, sədəqənizi şeytan alır. “Lə tubtilu sədəqatikum”

Bəzən xeyir iş görərsiz, bəzən savab iş görərsiz bununla sağdan girib özünə alar. Soldan da ki, günahları  “zəyyənna ləhum əmaləhum”  Əməlləri gözəllədərəm: kifir əməlləri, nalayiq əməlləri uyğun olmayan əxlaqa, fitrətə, vicdana uyğun olmayan əməlləri gözəllədərəm bunlar görərlər. İnsanların haqqını yeməkdə bunları ayrı cür göstərərəm və ayrı bir əxlaq normasına uyğun olmayan günahları başqa cür zinətləndirərəm və bunları görərlər. Dörd tərəfdən mən nüfuz eləyərəm, hətta mənim işlərimi istəyəsiz tanıyasız, Şeytan Quranda Allah-mütəal gətiribdi deyir: mən demişəm sizə “ələm ə həd” yəni mən sizə deməmişəm? Buyurur ki, baxın şeytan pis yolun ağzında durmayıbdı, o yaxşı yolun ağzında durub. Quran şeytandan bir söz gətirir, deyir, mən düz yolun ağzında durmuşam. Əgər şeytan əyri yolun ağzında dursaydı fəqət çağırardı, deyərdi gəlin bu yola. Əgər şeytan düz yolun ağzında durub ki, özü deyir mən düz yolun ağzında durmuşam, fəqət çağırmaq yolu yoxdur. Bir - çağrılmaq yolu var. İkinci bunun rolu da, işi də budur ki, bu gedənləri qoymaz, mane olar, haqqa gedənləri, düz iş görənləri manedir onlara. Mənim fəqət işim cəzb eləmək deyil, mane olmaqdır ki, sən xeyir işi görməyəsən. Sən Allaha itaət eləməyəsən, sən namaz qılmayasan, sən oruc tutmayasan. Əgər tutdun da yenə ona yolum var. Onu riyakarlıqla çevirərəm özümə, sədəqə verdin minnət vurmaqnan yenə özümünkü olsun. Mən çalışacağam sən düz yolu getməyəsən, mən durmuşam düz yolun ağzında. Deyir əgər şeytan ki, bir belə sözlər deyir “əduvvun mubin” aşikara sənə düşməndi. Mən sənə deməmişdim, tövsiyə eləmədim? Əllamə buyurur: tövsiyə ənbiyanın sözlərindədi, peyğəmbərlərin sözlərindədi, səmavi kitablardadı. Mən gətirmədim şeytanın macərasını sizə ki, nə qədər şeytan sözlər deyibdi və bu sözlərdən onun aydın düşmənçiliyi siznən bilinir.  İmamlardan soruşurlar  şeytan ki, belənçi insana istəyir nüfuz eləsin, hər dörd tərəfdən daha bizim yolumuz bağlıdır. Biz daha nə cür şeytana qalib gələcəyik? Əvvələn gərək insan müsəlləh ola, silahlı ola. Silahlı olmasa mübarizə edə bilməz.  “əd dua silahul mumin”  Dua möminin silahıdı, gərək əhli dua olasan, ta silahlı olasan şeytanla mübarizə eləyəsən.  Dua ki, elədin “əs sovm cunnətun”  Oruc da qalxandı. Əgər oruc tutsan oruc misaldı, fəqət oruc qalxan deyil. Fəqət tamam ibadətlər qalxandı, namaz da qalxandı, quran oxumaq da qalxandı, xeyir iş görmək də qalxandı, əhli ibadət hər modelində hamısı qalxandı “əs sovm cunnətun.”  Misal babındandı, təyin eləməyiblər. Bu deyil ki, bəs oruc “cünnət”di, qalxandı, namaz qalxan deyil. Namaz da qalxandı “inna səlatə tənha ənil fəhşai vəl munkər”  o da qalxandı. Bu qalxanın da olmalıdır, istəsən mübarizə eləyəsən. dua silahındı onunla eləyə bilərsən düşməninə zərbə endirəsən. Silahdı, bu qalxandı düşmənin zərbəsindən özünü qoruyasan. Əgər əhli ibadət olsan, əhli oruc olsan, əhli namaz olsan möhkəm olasan. Qalxanın olsa düşmənin sənə nüfuz eləməz. “Cövşən-Kəbir” var. “Cövşən” yəni zireh. Zireh yəni o hərbi geyim. Sən Allahın adlarını həyatında həyata keçirəsən, Allahın adlarıyla tanış olub bu Allahın adlarının cilvəsi olasan. Rəhim olasan, rəhman olasan, səttar olasan. Bu Allahın sifətləri uyğun səndə olsa sən Covşənə maliksən. Covşən yəni hərbi geyimin oldu, daha ox sənə təsir eləməz. Ona görə yol var insan silahlansın, insan qalxanlansın bunlarla. İmam buyurur ki, iki yol açıqdı: aşağı və yuxarı. Şeytan deyib dörd yoldan  Yuxarı duadır, aşağı ibadətdi və səcdədir. Bu yollar şeytanın deyil....

 

OXŞAR VIDEOLAR