Saytımızda axtarın

     MENU
Quranda İmamət

Quranda imamət - 2 (a)

Məsum eyni zamanda zalim olmayan deməkdir.

Məsumu isə Allahdan başqa heç kim tanımaz. Çünki,onu məsum edən yəni günahlardan pak edən Uca Allah Taaladır. Əgər imam zalim olmamalıdırsa, deməli Onu Allah seçməlidir. Çünki Alladan başqa heç kim kimin zalim olub, kimin zalim olmadığını bilmir. Hədislərə baxsanız görərsiniz ki, günahlar təkcə üzvlərlə olmur, qəlblə də olur, daxili üzvlərlə də olur, insan niyyətlə də günah edə bilər, məsələn:riya, həsəd daxildə olan günahlardandır. Bir sıra günahlar var ki, qəlbdədirlər. Allah Taala buyurur:zalim imam ola bilməz. Yəni mütləq imam məsum olmalıdır. Əgər zalim imam ola bilməzsə,deməli imam məsum olmalıdır, onu da yalnız Allah Taala seçə bilər, başqası seçə bilməz. İmamı Allah Taala seçməlidir, xalq seçə bilməz. Bu ayədə ikinci bəhsimiz budur ki, imam hansı şəraitə malikdir? Beləliklə aydın oldu ki, imamət, hətta nübuvvətdən də ağır şəraitə malikdir. İmamət nübuvvətdən yuxarı səviyyədədir. Elə olmasaydı İbrahim imtahan olunmazdı. Aşağı səviyyədə olsaydı,onda gərək İbrahimi günaha dəvət edəydi ki, İbrahim məqam cəhətdən aşağıya düşməli idi. Allah Taala buyurur: (Bəqərə surəsi 124 cü ayə) İbtila etdik,ibtiladan yəni imtahandan çıxdıqdan sonra imam oldu. İmamətin şərti nübuvvətin şərtindən ağır olmalıdır. Əgər nəbi məsumdursa imamlığın şərti minimum məsumluq olmalıdır, amma bu məsumluqdan da ağır vəziyyətdir. İbrahim imtahan olundu və imam oldu. Bu birinci faktdır. Bu məsələdə ikinci fakt  zalimlik məsələsidir. Zalimlik, yəni, insan günah edir və hər günah edəndə zülm edir. O da imam ola bilməz. Bu ayədən bir neçə məsələ bizə aydın oldu. Bir məsələ budur ki, imamı Allah seçir. İkinci budur ki, imam məsum olmalıdır. Üçüncü isə imamlığın mənası aydın oldu ki, imamlıq həm vilayəti təkvinidir, həm də vilayəti təşrii. İmamlıq deyəndə həm hakimlik başa düşürük, həm də insanların qəlblərinə nüfuz edən, qəlblərini əhatə edən başa düşürük. İmam əməlləri görür. Bunun mənası o deyil ki, zahiri əməlləri gözlə görür. Biz də zahiri əməlləri görürük. İmam,əməllərin bu düz və ya səhv əməl olmasını görür. Şahidlərdən biri imamdır. O vaxt şahid ola bilər ki, insanların qəlbləriylə rabitəsi, irtibatı olsun. Üsuli Kafidə olan hədisə əsasən, əməllər imamlara təqdim olunur. Burda da yenə qəlblə rabitə olmalıdır. Əməlin mahiyyəti niyyətdir. Əməli təşkil edən zahir deyil. Əməli təşkil edən kökdür, niyyətdir. Əgər mən namazı riyakarlıqla qılsam namaz batil olacaq. Və bu Şeytan əməlidir. İmamlara əməlləri göstərirlər, təqdim edirlər. Hədisdə buyurulduğu kimi, imamlar Allahın yer üzündəki nurudur, o nuru qəlblərə saçırlar. And olsun Allaha imam o nurdur ki, insanların qəlbinə nazil olur. And olsun ki,Allahın nuru möminlərin qəlbində günəşin nurundan da nurludur. And olsun Allaha imam möminlərin qəlbini nurlandırar. Bunlar hamısı ona görə Möminlərin qəlbləriylə  əlaqələndirilir ki, hədislərdə imamın qəlblərlə əlaqəsi olduğu göstərilir .imam vilayəti təkviniyə malikdir. Bu qeyd olunan Əllamə Təbətəbayinin nəzəridir. 3 ədəd nəzər qeyd etdik. Birinci, nübuvvət mənasında, bəziləri burada imamı nəbi mənasında buyurub. Dedik ki, bu düz deyil. Bəziləri imamı mülk, hakimlik mənasında deyiblər, bir şərtlə ki, kitab və hikmət istiqamətində olsa. Üçüncü mənada imam isə vəliyyi təkvinidir, qəlblərə nüfuzu olunur, və onu əhatə edir. Bu ikinci və üçüncü nəzəriyyə bir-biri ilə zidd deyil. Biri imamətin zahiri simasıdır, biri imamətin daxili simasıdır. Biri bizə görününən simasıdır, o vilayəti təşriidir. Biri bizə görünməyən simasıdır, o isə vilayəti təkvinidir. Bunların ikisi də imamda olur. Düzdür Əllamə Təbətəbai ayənin təfsirini üçüncü nəzəriyyəyə əsasən verir, lakin başqa sözlərində, kitablarında hər iki mənada da işlədir. Məsələn alman şərqşunası Hanri Koban,Əllamə Təbətəbai ilə imamət haqqında müsahibə edirdi. Orada sözlərindən bu çıxırdı ki, Əllamə imaməti hər iki mənada qəbul edib. Təkcə vilayəti təkviniyə deyil. Yəni deyəndə ki, Allah bir nəfəri imam edib həm ona vilayəti təşrii verib, hakimlik verib, həm də vilayəti təkvini verib. Vilayəti təşrii vilayəti təkviniyə görədir.bu dərəcəyə çatan bir şəxs elə bir səviyyəyə çatıb ki, qəlblərə nur verir.Çünki, Allah Taala  ona hakimlik vermişdir. Burada İbrahim(ə)ı imtahanlarla yetişdirir.hadisələrdən belə çıxır ki,İbrahim(ə) bu hadisələrdən çıxandan sonra imam olur. Bu mövzunu hələlik bir kənara qoyub,yenə də vilayəti təkviniyə davam edəcəyik. Bu məsələdə bir cümlə ilə fikrimi tamam etmək istərdim. Məlum oldu ki, Allah Taala Bəqərə surəsi 124 cü ayədə buyurur," İbrahim, mən səni camaata imam etdim " Bu hansı mənadadır? və imamlıq da İslamda kiçik bir şey deyil. Sonra İbrahim deyir,mənim nəslimə də imamlıq çatar mı? Buyurur, mənim əhdim zalimlərə çatmaz. Görək Allah Taalanın bu cavabı ilə İbrahimin sualı arasında nə rabitə var?. Adətən nə sual verilirsə ona aid cavab verilir. İbrahim soruşur ki, imamlıq nəslimə çatar mı?Allah cavab verir ki, mənim əhdim zalimlərə çatmaz. Onun sualı imamlıq haqqındadır, Allahın cavabı isə əhdi haqqındadır. O sual bu cavabla necə uyğun gəlir? Elə bil mən səndən soruşuram ki, Həsən gəlib mi? Sən də deyirsənki, yox Hüseyn gəlməyib. Axı mən səndən Həsən haqqında soruşuram, sən niyə Hüseyndən danışırsan? Bu sual o cavabla nə vaxt münasib, uyğun olar ki, o Hüseyn Həsənlə əlaqəli olsun? Burada İbrahim(ə) deyir ki, imamət mənim nəslimə çatar mı? Allah Taala buyurur mənim əhdim zalimlərə çatmaz. İmamət Allahın əhdi olsa bu sualın cavabı düzgün olar. Deməli imamət Allahın əhdidir. İmamı Allah seçməlidir, çünki imamət Allahın əhdidir. Allah müqavilə bağlayır. Əhd, yəni peyman. Bir şəxslə peymanı olanda onu imam edir. İmamı insanlar seçmirlər. İmam Allahın əhdidir. Kimlə peyman bağlanırsa o imam olur. bir şəxs camaatın  seçimi ilə imam ola bilməz. İmamət Allahla bir şəxsin rabitəsidir, şəxslə camaatın rabitəsi deyil. Əhd, yəni rabitə, peyman. Mən bir nəfərlə peyman bağlayıramsa bu əhd olur. Allah burda deyir ki, imamət Allahla o şəxsin arasında bir əhd, peymandır. Buyurur ki, mən də bunu yəni öz əhdimi  zalimlərə nəsib etmirəm. O mənim peymanımdır, zalimlərə nəsib olmaz.Bəs Zalim kimdir? İnsanları vurmağa, insanların malından oğurluq etməyə, insanları öldürməyə zülm deyirlər. Qurani Kərimə əsasən, düşünülür ki, hər günah zülmdür. Zalim olmayan məsumdur. Niyə? Qurani Kərimdə nəyə əsasən belə düşünülür. Məsələn, Quran şirkə zülm deyir. Loğman(ə) oğluna müraciət edərkən deyir:" ey mənim balaca balam," (məqsədi moizə edərkən məhəbbətlə moizə etməyin gərəkliyidir.) Allaha şərik qoşma. Şirk böyük zülmdür. Kim Allaha şərik qoşsa zalimdir.(Loğman surəsi 13 cü ayə) Sonra başqa ayələrdə var ki,buyurur: Bir sıra insanlar ki, özlərinə zülm edirlər,onlar tövbə etsinlər.İnsan özünə nə cür zülm edə bilər?Bunu izah edirki insan günah edəndə özünə zülm edir. Qurani Kərimdə bir sıra ayələr var ki, insan istər Allah Taalaya zülm etsin, şərik qoşsun, istər özünə zülm etsin, istər camaata zülm etsin -bunlar hamısı zülmdür. Hətta Qurani Kərimdə başa düşülür ki, insan haram iş etməsə, amma özünü əziyyətə salsa o da zülmdür. Adəm peyğəmbər üçün zülm termini işlənib. Adəm peyğəmbər imam ola bilmədi. Biz özümüzə zülm etmişik. Quranda düşünülür ki, zülm bütün günahlara deyilir. Bütün günahları edən imam ola bilməz, yaxud bəzi günahları edən imam ola bilməz. Belə deyil ki, Allaha bir nəfər ağır günah etsə imam ola bilməz, lakin yüngül günahlar etsə imam ola bilər. Hər növ zalim imam ola bilməz. Bunu Haradan belə deyirik?" Əz zalimin". Ərəb ədəbiyyatında cəm sifətə əlif lam gəlsə ümumi məna verir. Əz zalimin, yəni bütün zalimlər. Zalimin cəmdir. Əvvəlində əl gəlib (artikıl). Əvvəlində əlif lam gəlsə ümumi mənasını verir. Bu ümumi bir qanundur. Əz zalimin, yəni bütün zalimlər. Mənim əhdim zalimlərə çatmaz, yəni mənim əhdim bütün zalimlərə çatmaz. Kim Allaha şərik qoşmuşdursa o imam ola bilməz, çünki o zalimdir.  Kim günah edibsə o imam ola bilməz, çünki o zalimdir. Ola bilərki, bir şəxs tövbə etsin,bağışlansın və cənnət əhli olsun.Amma hər cənnətə gedən imam deyil. Ola bilər ki, bir nəfər cənnətə getsin, amma imam deyil. Hər yaxşı adam müəllim deyil. Müəllim odur ki, elmi bilir. Hər yaxşı adam dərzi deyil, dülgər deyil. İmamət də məxsus bir dərəcədir. Bir şəxs imam ola bilmirsə o demək deyil ki, bu pis adamdır. İmamlıq böyük bir dərəcədir, hamıya verilmir. Bir nəfər ömrünün bir dövründə büdpərəst olubsa ona imamlıq çatmaz. Bu o demək deyil ki, onu cənnətə qoymazlar. Cənnətə qoyulub qoyulmamağı ayrı mövzudur. Tövbə etsə cənnətə qoyurlar, başqa günah etməsə cənnətə qoyurlar.Biz İmamlıqdan danışırıq. Bu şəxs imam ola bilməz. Məsələn şəriətdə var ki, vələdüz-zina mərcəi təqlid ola bilməz. Bu o demək deyil ki, onun mənəvi dərəcəsi pisdir. İslam istəmir ki,müsəlmanların böyüyü zahiri görünüşündə belə bir ittihama düççar olsun. Bu islama ziyandır. O şəxsin Allahın övliyalarından olması mümkündür, vilayəti təkvinisi də ola bilər. Lakin həmən şəxsə vilayəti təşrii verilmir. Bəzən vilayəti təşrii ilə təkvini ayrıla bilər. Məsələn:Fatimeyi Zəhra(s.ə). O,hakim deyil. Çünki xanım idi. Allah istəmir ki, xanımın əlində icra işləri,və ya hər hansı kobud işlər olsun, müharibə, cihad, cəza vermək, hakimlik kimi işlərlə üzbə üz dursun. Məsələn, Allah Taalanın şəriətində, xanım bəzi şeylərə şahid ola bilməz. Bu o demək deyil ki, xanım şəhadət verməyi həmişə bacarmır. Yox. Şəhadət verməyin davamı da var. Bu gün şəhadət verdinsə, sabah səninlə zidd olanlar olacaq, sabah cəmiyyətdə kobud davranış olacaq. Allah istəmir ki, xanımlar kobud davranışa məruz qalsın. Məsələn,məhkəmədə hakim olmaz. Çünki,hakim olsa tərəflər dava etdiyi üçün nalayiq sözlər işlədilə bilər.Sülhə gəlmədikləri üçün tərəflər arasında düşmənçilik vardır. Ona görə də,vilayəti batini bəzən vilayəti təşriidən ayrıla bilər. Necə ki, Zəhra(ə)vilayəti təkviniyə malik idi, Allahın vəlisi idi, lakin hakim deyildi. Zahiri hakimlikdə bir sıra şərait var. Məsələn,qeyd olunduğu kimi vələdüz-zina alim, böyük müçtehid ola bilər, amma ona təqlid etmək olmaz. Çünki bu İslamın zahiri görünüşüdür. Amma ola bilər ki, o cənnətdə Allahın yanında çox yaxşı adam olsun. Gərək Cəmiyyətdə, İslamın zahiri görünüşündə müsəlmanlara başqa ittiham vurmasınlar. İslamın qüdrəti, şövkəti, izzəti vardır. Gərək o izzət, qüdrət, şövkət sınmasın, itməsin. Deyəndə ki, zalim imam ola bilməz, bu demək deyil zalimlər hamısı cəhənnəmə gedəcəklər. Tövbə etsələr cənnətə gedəcəklər.Lakin İmam ola bilməzlər. Allahın imamlıq dərəcəsi çox yüksəkdir. İstəmir ki, dünən hər günahı edən şəxsə bu gün imamlıq versin. Müsəlman olmağın, dindar olmağın, yaxşı adam olmağın, çoxlu yaxşı iş etməyin savabı var, lakin imamlıq başqa məfhumdur. Tövbə edib bir sıra səviyyələrə çata bilər, lakin günahlar insanda bir sıra izlər qoyur. O izlər getmir.

 Məsumluq- İsmət ilə imamətin fərqi nədir?. Hər məsum imam deyil. Bəzi alimlər deyirlər ki, bir sıra insanlar var məsumdurlar, lakin imam deyillər. İmamlıq əhddir. Çünki imamlıq verilir. İmamlıq zabitlərin birinə generallıq verilməyinə oxşayır. İmamlıq verilir, bəxş olunur. İnsan bir səviyyəyə çatdıqdan sonra Allah onu seçir. Bu ayədə qeyd olunmur ki,hər zalim olmayanlar imamdır.Buyurur:Allahın əhdi olan imamlıq zalimlərə çatmaz. İmamlar zalim olmayanların içindəndir. Bu ayə buyurmur ki, bütün məsumlar imamdır.Lakin Qeyri-məsumlar imam ola bilməz. Yəni Allah imamlığı məsumların içindən seçir.

Şeytan səcdə etmədi. Hədisdə qeyd olunur ki, Allah,sənə nə qədər istəyirsən səcdə edim,amma Adəmə yox. Allah Taala nə cavab verdi? "Sən Rəbbinə üsyan etdin". Necə olur Şeytan Rəbbinə üsyan etdi?Adəmə üsyan etmədi? Xeyir, Allah Taala buyurur,sözümdən çıxdı. Allah Taala mənə buyurur "qələmlə yaz!". Qələmlə yazmasam Allah Taalanın sözündən çıxıram. Allah Taala mənə buyurur imamını tanı,imamdan bağışlanmaq istə. Qurani Kərimdə buyurulur ki, peyğəmbərin yanına gəlmisiniz,peyğəmbər sizin üçün bağışlanmaq istəsin. İndi mən getməsəm bu ayəylə zidd oluram. Bu ayədə Allah məni peyğəmbərə müraciət etdirir. Bu ayrı bəhsdir ki, niyə müraciət etdirir?. Qurani Kərimdə buyurulur: Allaha səcdə etməlisiniz.

Bəhsimiz zalimlər haqqında idi. Allah buyurdu ki, mənim əhdim zalimlərə çatmaz. Zalim kimə deyirlər? Oxuduq ki, Quran ayələrində günah edənə zalim deyirlər. Allaha şərik qoşan da zalimdir. Loğman surəsində ayə var ki, şirk böyük zülmdür. Camaata zülm edirlər, özlərinə zülm edirlər. İnsan özünə zülm etsədə zülmdür, camaata zülm etsə də zülmdür, Allaha şərik qoşsa zülmdür, yəni şirk də zülmdür. Bəhsimiz budur ki, biri dünən zalim idi, indi tövbə edib. Buna imamlıq çatar yoxsa yox? Dünən büdpərəst idi, indi müsəlman olub. Şirk böyük zülmdür. Müşrik halında imam ola bilməz. Qeyri-müşrik halında imam ola bilər yoxsa yox?Qeyd etdiyimiz ayədə buyurulur ki, zülm edənə imamlıq çatmaz-hal-hazırda zülm edənə aiddir yoxsa ümumiyyətlə həyat boyunca bir dəfə zülm etsə zalimdir mi? Yəni  bir nəfər ömrü boyunca bir dəqiqə, bir gün, bir il müşrik olub sonra tövbə etsə Allah onun tövbəsini qəbul edər mi?Edər!Çünki Allah bəndələrindən tövbəsini qəbul edər, lakin onu Allah imam etməz. Fərz edək mümkündür ki, bir nəfər tövbə edir, günahları bağışlanır,imam da ola bilər. Görək hansı fərz düzgündür. Ayənin mənası budur ki, hal-hazırda zülm etmirsə imam ola bilər yaxud bir zaman zalim adı daşıyana imamlıq çatmaz?Biz deyirik, ayənin mənası budur ki, bir şəxs həyatı boyunca zülm edib, istənilən vaxt zülm edibsə bu insan imam ola bilməz. Sonradan tövbə etsə də, etməsə də. Tövbə etməyibsə aydındır ki, imam ola bilməz. Hətta Tövbə etsə də imam ola bilməz. Ola bilər ki, Cənnətə getsin, lakin müsəlmanların imamı ola bilməz. Bu ayədə buna iki dəlil var. Birincisi ərəb dilində əlif lamın müxtəlif mənaları var. Yəni bir ismin, sözün əvvəlinə "əl" gətirdikdə mənası dəyişir. Məsələn, kitab, əlkitab. Yəni müəyyən bir kitab. Bəzən müəyyənliyi bildirir. Lakin cəmdə olan sözə əlif lam əlavə olunsa müəyyənliyi bildirmir, ümumiliyi bildirir. Ümumilik 2 cürdür. Bir ümumilik hamı bir yerdə olandır, bir ümumilik isə cəm mənasındadır. Birdə məcmuən ümumilik var. Elə bil deyirik ki, filankəs xəstə idi, mən dostların hamısı ilə birlikdə onun ziyarətinə getdim. Bu da bir ümumilikdir. Bir də deyirik ki, filankəs xəstə idi, dostlarımız hamısı onun ziyarətinə getdi. Birlikdə yox. Hamısı. Ola bilər ki, ayrı-ayrı gediblər. Buna deyirlər cəmiən. Ona isə deyirlər məcmuən. Məcmu, yəni hamısı bir yerdə. Cəmi, yəni hamısı, lakin bir yerdə olmaya bilər. Zalimin də mənası budur. Əz zalimin, yəni cəmi zalimin. Zalimlərin hamısı. Zalimlik nümunəsi olan bütün adamlar imam ola bilməzlər. Zallimlik adı alan hər kimsə imam ola bilməz. İstər dünən zalim olsun, hər kim ki, tarix boyu zalim siyahısında olub, o imam ola bilməz. İstərsə də bu gün zalim siyahısındadır, istərsə 10 il qabaq, istərsə də 100 il qabaq. Hər kim ki,zalim dəftərinə düşüb, bir zamanlar əz zalimin nümunəsi o olub. Hələ o tövbə də etsə ola bilməz. Tövbə etmək onu o zaman zalimin nümunəsində çıxarmır. 2 il bundan qabaq günah edib, zalimdir. İndi tövbə edib bağışlanıb. Daha ona cəza, əzab verilməz. 2 il bundan əvvəli araşdırsaq, o zaman kim günah edib, bu da onların siyahısındadır. O da o zamanın zalimidir. Allah Taala buyurur: bütün zalimlərə imamlıq yetişməz. Yəni bütün zülm edənlərə imamlıq yetişməz. Nəvaxt olur olsun. Axı əvvəlinə əlif lam gəlib,olub əz zalimin. Bu dəlil bir az ədəbiyyata aiddir. Bir ayrı dəlili də Əlləma Təbətəbai kitabında ustadlarından nəql edir. Deyir ki, insanlar arasında 4 cür fərz var. Bir fərz budur ki, bir nəfər ömrünün əvvəlindən axrına qədər pak olsun. Əvvəldə də günah etməsin, axırda da günah etməsin. Bu bir fərzdir. Bir fərz də budur ki, insan ömrünün əvvəlində pak olsun axırda günaha düşsüb, zülm etsin.- Bu ikinci fərzdir. Üçüncü fərz ikincinin əksidir. Əvvəlində zülm etsin, günahkar olsun, sonra tövbə etsin pak olsun, tövbəkar olsun. Dördüncü fərz budur ki, əvvəldən axıra zalim, xəbis adam olsun. Həzrəti İbrahim(ə) heç vaxt Allahdan dördüncü fərz ilə ikinci fərzə imamlıq istəməzdi. İbrahim(ə)in səviyyəsi çox yüksəkdir. O Allah Taaladan ömrünün əvvəlindən axrına qədər günahkar olan adam üçün imamlıq tələb etməz. İbrahim(ə)in dərəcəsi Allahın yanında nübuvvət və imamət məqamıdır. Bu sözü Allahdan istəmək İbrahim(ə)in şəninə uyğun deyil. İbrahim öz əmisindən uzaqlaşır və deyirki, mən səndən uzağam, çünki sən bütpərəstsən. İbrahim heç vaxt ömrünün əvvəlindən axrına qədər əyri olmuş insana Allah tərəfindən imamlıq verilməsini istəməzdi. Bir fərz də budur ki, ömrünün əvvəlində düz idi, axrında isə əyri adam oldu. Buna da İbrahim(ə) imamlıq istəməz. İbrahim(ə) buyurub nəslimdən də mi? Buna iki fərz qalır. Biri budur ki, insan əvvəldən axıra qədər pak olsun, biri də budur ki, sonrası pak olsun. Allahdan iki fərzi də istəyə bilər. İbrahimin şəninə, səviyyəsinə, paklığına uyğun olan bu iki fərzi istəməkdir. Yəni demək istəyir ki, Allah,mənim nəslimdə bu iki fərz olana imamlıq ver. Allah Taalada buyurur ki, zalimlərə imamlıq yetişməz. Aydındır ki, demək istədiyi, əvvəli zalim, sonrası tövbəkar olan fərz olmaz. Başqa fərz yoxdur. Çünki digər fərzləri İbrahim(ə) istəməz. Bu ikisindən Allahın zalimlərə çatmaz dediyi sonradan pak olandır. Əllamə Təbətəbai ustadlarından bunu nəql edib, bu ayədə sual cavabda deyir ki, İbrahim(ə) nə istəyə bilər. Allah Taalaya 2 fərz qalıb ki, Allah Taala qəbul etmir.Buyurur: "zalimlərə çatmaz". Fərz qalmalıdır ki, Allah onu qəbul etməsin. 4 fərz qeyd etdik. Dedik iki fərzi İbrahim(ə) xəlilullah istəyə bilməz, şəninə uyğun deyil ki, istəsin. Məsələn, bir namaz qılan insanın gəlib, əyri-əyri hərəkət istəməsi onun şəninə uyğun deyil. Bu ikinci sübutdur. Bir də ayrı sübut var. Bir sıra sifətlər var ki, onları edəndən sonra da demək olar. Bəzi günahlar var ki, insan o anda günah edib, onun günahı o ana həsr olunmayıb. Məsələn, bir nəfərə oğru deyirik. Oğru oğurlayıb, qaçıb onu tutduq. Deyirik, "oğrunu tutduq". Oğru deyə bilməz ki, mən dünən oğurlamışdım, bu gün bu işi etməmişəm. Qurani Kərim buyurur ki, oğrunun əlini kəsin. Oğru deyir, mən hal-hazırda oğurlamıram ki. Məni oğurluq edəndə tutsanız, onda kəsin. Deyirik, yox.!İşin baş verməsinə görə mən sənə o adı verirəm. Sən oğurluq etsən mən sənə oğru deyirəm. Sən cinayət etsən mən sənə cani deyə bilərəm. Bəzi sifətlər var ki, o işin insanda qalmağı lazım deyil. Lazım deyil ki, onu insan edə-edə deyilsin. O işi etməyi bəs edir ki, o adı insana deyək. Məsələn, cani. Çoxlu cinayətlər,günahlar edib.

Allah Taala buyurur: “Zalimlərə çatmaz”. Mənası bu deyil ki, gərək indi bu an zülm etsin, bu an zülm etməsə imam olmaz. Dünən zülm edib indi zalim deyil. Zalim ona deyirlər ki, zülm edib. O indi zülm etmir. Qatil ona deyirlər ki, öldürüb. İndi öldürmür. Məhkəməyə çıxaranda deyirlər öldürüb. Deyər, yox, axı mən indi öldürmürəm. Qatilin mənası budur ki, o qətl baş verib. Qətl baş versə sənə qatil demək olar. Zalim də o cürdür. Zalim ona deyirlər ki, zülm edib. Nəinki zülmü hal-hazırda edir. Zülm etmiş insana zalim deyirlər. Allah Taala buyurur: "imamlıq zalimlərə"çatmaz. Bu da üçüncü sübut ki, imamlıq zalimlərə çatmaz. Dünən büdpərəst olmuş, bu gün tövbə etmiş insan üçün eybi yoxdur, Allahın dərgahı hamıya açıqdır(bağışlanması üçün), lakin imam ola bilməz. Bunu əqli yolla da deyiblər. Mən istədim ki, Qurani Kərimin özündən çıxarım. Əqli yoldan deyiblər ki, dünənə qədər əyri yolda olmuş insanın müsəlmanların imamı olması uyğun deyil. İmamət mövzusu ilə uyğun deyil. İmamət, yəni qabaqda gedən. Axırda qalanın gəlib əvvələ keçməyi uyğun deyil. Bunu əqli baxımdan da deyiblər,Bizim məqsədimiz Qurani Kərimin ayələri ilə məsələyə aydınlıq gətirmək idi. Buna aid hədislər də var. İbni Məsuddan ayə haqqında soruşublar, ayənin təfsirində deyir:Peyğəmbər (Allah Taalanın belə buyurduğunu qeyd edib) buyurub:Bir şəxs mənim əvəzimə bütə ibadət etsə mən onu imam etmərəm.Hal hazırda bütə səcdə etdiyi üçün deyil,ümumiyyətlə nə vaxtsa bütə səcdə etdiyi üçün ona imamlıq yetişməz. Sonra peyğəmbər buyurub: Ya Əli(ə) bu ayə həm də mənim haqqımdadır çünki,heç vaxt bütə səcdə etməmişəm. Hişam buyurur:Bu ayə haqqında imamdan mən soruşdum və mənim cavabımda belə dedi, İbrahim(ə) nəbi idi, imam deyildi o vaxta qədər ki, Allah bu ayə ilə onu imam etdi. Sonra Allaha müraciət etdi, mənim nəslimdən də mi,? Allah Taala buyurdu: “Mənim əhdim zalimlərə nəsib olmaz”. İmam bu ayəni təfsir edir. Məlumdur ki, bütə, heykələ pərəstiş etmiş insan imam ola bilməz. İmamlar da bu ayədən elə başa düşürlər ki, zülm edib. Hal-hazırda zülm edən yox.

Evdə nələrin olduğunu ev əhli yaxşı bilir. Vəhy onlara nazil olub. Onlar yaxşı bilirlər ki, nə nəzərdə tutulub. İndi ayəni təkminləşdirək. imamətdə dəqiq iki bəhs var. Bir bəhs budur ki, imamı kim seçir? İkinci bəhs budur ki, imamın şəraiti nədir? Birinci bəhsi bəziləri buyurublar ki, imamı Allah seçir, imamət də nübuvvət kimi bir mənəvi dərəcədir. İkinci bəhs budur ki, imam hansı şəraitdə olmalıdır? Bəzilərinin nəzəri budur ki, imamın şəraiti yoxdur. Yəni imam adil olsun, böyük günahı olsun. Yəni Məsumluğu şərt bilmirlər. Bəziləri heç adilliyi də şərt bilmirlər.

OXŞAR VIDEOLAR